Dünyada gedən inkişaf alış-veriş obyektlərin də yenilik etməyə və bu sahənin daha da təkmilləşdirilməsinə ehtiyac yaratdı. Alıcıların dəyişməkdə olan və artan zövqünü qarşılamaq üçün daha üstün xidmətlər təklif etmək məqsədilə supermarketlər gündəmə gəldi və artıq bu marketlər digərlərini nəinki geridə qoyub, hətta sıradan çıxarıb.
Bu gün dünyada alıcıların ərzaq məhsullarına olan tələbatının təxminən 50 faizi supermarketlər vasitəsilə ödənir. Bəzi ölkələrdə isə supermarketləri artıq hipermarketlər əvəz etməyə başlayıb ki, hipermarketlər isə nəinki ərzaq, bütün məişət cihazları, mebellər, hətta avtomobillər də satılır.
İlk supermarket qarajda olub
Məsələn, qonşu Türkiyədə artıq supermarket "erası" başa çatmaq üzrədir. Burada inkişafda olan hipermarketlər son dərəcə modernləşib. Məsələn, bu marketlərin alıcılarına xüsusi üzvlük kartları verilir və bununla onlar güzəşt də əldə edə bilirlər. Hipermarketlərdə demək olar ki, satıcı və nəzarətçilər yoxdur. Burada alıcı sərbəst şəkildə özünə geyim seçə və ya satışda qoyulan avtomobilləri əyləşərək onun nə dərəcədə rahat olduğunu yoxlaya bilər. Hipermarketlərdə traktor, velosiped, yaxta, hətta qayıq da almaq mümkündür.
Qeyd edək ki, supermarketlər ilk dəfə amerikalı Maykl Kallenu tərəfindən icad edilib. Kallenu 1930-cu ildə öz köhnə qarajına müxtəlif çeşidli məhsul düzərək satışını təşkil edir. Alıcıları cəlb etmək üçün isə supermarketin bir hissəsində pulsuz dayanacaq üçün yer ayırır. 2 ildən sonra Maykl 6 million gəlir gətirən 8 belə mağazinə sahib olmağı bacarır.
Supermarketlərin inkişafında 30-cu illərdə Qoldman adlı ticarətçinin təkərli araba üzərində meyvə-tərəvəz satması da təkan verir. Bunun ardınca isə kiçik supermarketlərin köşkləri yavaş-yavaş böyüdülərək meyvə-tərəvəzlə yanaşı digər əşyalar da satışana şərait yaranır. Beləliklə insanlar bir mağazaya daxil olmaqla istədikləri bütün məhsulları əldə etməyə başlayırlar.
Supermarketlərin digər mağazalardan fərqi də məhz burda malların assortimetnlərinin çox olmasıdır.
50-ci illərdə ABŞ-da surermarketlərin ərazisi 1000 kvadratmetr idisə 60-cı illərdə 2800 kvadratmetr, hazırda isə bundan iki-üc dəfə çoxdur. Zaman keçdikcə surepmarketlərin görünüşü, texnika inkişafı ilə isə xidmət səviyyəsi təkmilləşməyə başladı. Supermarketlərdə quraşdırılan kondisioner sistemləri, qapıların avtomatik açılıb örtülmə sistemləri, məhsulların transportyor vasitəsi ilə kassirə yaxınlaşdırılması marketlərə marağı daha da artırdı. Köhnə kassa aparatlarının məhsulun etiketinin üzərindəki ştrixkodla qiymətinin kompyuterdə göstərilməsi isə surepmarketlərin işini ən yüksək səviyyəyə çatdırdı və zamanla supermarketlərin bu üstünlükləri müştərilərin davamlı axınını təmin edə bildi.
"Bijan evi"də prezidentlərə də güzəşt yoxdur
Ancaq informasiya kommunikasiya texnologiyalarının inkişafı artıq supermarket və hipermarketləri əvəzinə daha təkmil xidmət və alqı – satqının inkişafına şərait yaradıb. Belə ki, alıcılar marketlərə sərf etdikləri vaxtlarını evə çatdırılma servisini əvəzləməyə başlayıblar. Cənubi Koreyada isə bu xidmət o dərəcədə təkmilləşib ki, hətta kompüter arxasında oturub alınacaq malları seçmək belə lazım deyil. Tesco Homeplus şirkətinin təqdim etdiyi "virtual super market" lərdə metro stansiyalarında ərzaqların şəkilləri və müvafiq QR-kodları göstərilən xüsusi vitrinlər quraşdırıb. Alıcı smartfon vasitəsilə almaq istədiyi məhsulun kodunun şəklini çəkir və sifariş verir. Sifariş edilən məhsullar qısa müddətdə evə çatdırılır.
Dünyada ən bahalı supermarket isə amerikalı millioder Bidjan Pakzad tərəfindən yaradılan "Bijan Evi"dir. 1976-cı ildə fəaliyyətə başlayan bu marketdə dünyanın ən bahalı malları satılır. Məsələn mağazada kişi kostyumunun qiyməti 50,000 min dollar, iki cüt corab isə 50 dollaradır. Mağazanın özəlliyi isə ondan ibarətdir ki, burada satılan mallar dünyanın ən bahalı materiallarından hazırlanıb və yeganə ekzemplyardadır. Burada malların orta qiyməti 800 min dollar civarındadır. Şüşə fasadı olan ən prestijli marketə gəlmək istəyənlərin sayı-hesabı isə yoxdur. Mağazaya gələnlər arasında çoxluğu dünyanın ən məşhur və varlı insanları təşkil edir. Bu mağazaya gəlib ordakı siyahıya düşmək xüsusi prestij hesab edilir.
"Bijan Evi"nin qonaqları sırasında Ronald Reyqan, Djordj Buş, Barak Obama, Toni Bleyer, Bladimir Putin, Arnold Şvarsneqr, Tom Kruz və sair var. Qəribəsi isə odur ki, "Bijan Evi"nə prezident olsan belə əvvəlcədən növbə tutmasan, daxil ola bilməzsən.
\"Park bulvar\"ın ayağı sayalı olar
Son illər Azərbaycanda da surermarketlər geniş vüsət almaqdadır. Artıq əhali gündən-günə inkişaf edən və müasir tələblərə cavab verən bu marketləri qoyub digər mağazalara getmir. Artıq mağazalar və məhəllə dükanları sıradan çıxır.
Hazırda paytaxtda ən bahalı supermarketi "Continental" hesab olunur. Bu marketdə digər mağazalarla müqayisədə qiymətlər xeyli bahadır.
Özünə məxsus yer qazanmış "Ramstor" isə satışla yanaşı həm də istehsal etdiyi məhsullarla da tanınır. "Gostronom", "TSV-Market", "World center", "Romaşka", "Neptun", "Qrand Market" və s. artıq ölkənin ən böyük supermarketləri sırasında özünə yer tuta bilib.
Son illər paytaxtda surermarketlərlə yanaşı iri ticarət mərkəzləri də fəaliyyət başlayıb ki, bu ada alıcıların zövqünə xidmət edir. Məsələn \"Park bulvar\" qısa müddətdə özünə kifayət qədər maraq çəkə bilib. Burada xaricdəki hipermarketlər kimi ərzaq və digər çeşidli məhsullar sərgilənməsə də, geniş çeşiddə xidmətlər göstərilir.
İctimai, mədəni və əyləncə tədbirlərinin keçirilməsi məqsədilə layihələşdirilən istirahət mərkəzində alış-veriş etmək üçün də imkanlar yaradılıb.
\"Park bulvar\"-da meyvə, tərəvəz, ət, çörək, un kimi qida məhsulları az da olsa satışdadır.
Bütün xəbərlər Facebook səhifəmizdə