BelAZ, Rusiya istehsalçısına qarşı iddia qaldırıb...

İşə Moskva Arbitraj Məhkəməsində baxılacaq...

...Belarus mədən avadanlığı istehsalçısı BelAZ, ticarət nişanından istifadə ilə bağlı yerli şirkətlərə qarşı Rusiya məhkəmələrində iddia qaldırıb.

SİA xəbər verir ki, bu, Rusiya mediasının istinad etdiyi Rusiya Arbitraj Məhkəmələrinin məlumatlarına görədir. Holdinqin idarəetmə şirkəti “BelAZ-HOLDING”, Rusiyanın “Zeikxauz” nəşriyyatına qarşı iddia qaldırıb.

Belarus tərəfi məşhur BelAZ ticarət nişanına eksklüziv hüquqların pozulmasına görə kompensasiya tələb edir.

İddia edilən məbləğ 50.000 Rusiya rublu (təxminən 1900 Belarus rublu) təşkil edir.

“Zeikxauz” modelyerlər üçün jurnal nəşr edir və avadanlıqların model dəstlərini onlayn mağaza vasitəsilə satır. Şirkətin məhsul çeşidinə BelAZ modelləri də daxildir.

İşə Moskva Arbitraj Məhkəməsində sadələşdirilmiş prosedurla baxılacaq.

Və bu arada BelAZ, Kostroma vilayətində yerləşən Rusiyanın Scale şirkətinə qarşı daha bir iddia qaldırıb. Şirkət AVD Models brendi altında model dəstləri istehsal edir və əvvəllər müştərilərə BelAZ adı və brendindən istifadə edərək müxtəlif dəstlər təklif edirdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə