"Ermənistan xalqı Cənubi Qafqazda sülh və sabitlik kursunu dəstəklədi" - İran Prezidenti

İran Prezidenti Məsud Pezeşkyan Ermənistanda keçirilən uğurlu parlament seçkilərini yüksək qiymətləndirib və Ermənistan xalqının Nikol Paşinyan hökumətinə yenidən dəstək verməsini Cənubi Qafqazda sülhü, inkişafı, sabitliyi və regional əməkdaşlığı gücləndirən siyasət yürütmək istəyinin əlaməti kimi xarakterizə edib.

Hökumətin mətbuat xidmətinin məlumatına görə, Pezeşkyan Ermənistanın Baş naziri Nikol Paşinyanı və Vətəndaş Müqaviləsi Partiyasını Ermənistanda keçirilən parlament seçkilərində qələbələri münasibətilə təbrik edib və ikitərəfli əlaqələrin qarşıdakı illərdə də genişlənəcəyinə əminliyini bildirib.

İran Prezidenti Tehran və İrəvan arasındakı münasibətlərdə son illərdə yaranan müsbət və dinamik tendensiyanın iki qonşu ölkə arasında daha geniş və daha konstruktiv əməkdaşlıq yolu ilə güclənəcəyinə əminliyini bildirib.

Onun sözlərinə görə, bu proses hər iki ölkənin maraqlarını irəli aparacaq, eyni zamanda regional dövlətlər arasında əməkdaşlıq və birgə səylər vasitəsilə regionda sülhü, sabitliyi və inkişafı təşviq edəcək.

O, həmçinin Ermənistan hökumətinə və xalqına sülh, firavanlıq və rifah arzulayaraq, ölkəni İranla uzunmüddətli əlaqələri olan dost qonşu kimi xarakterizə edib.

Müəllif: Vəli Vəliyev

Bütün xəbərlər Facebook səhifəmizdə