"Azərbaycan dövləti minifutbol millisinin inkişafına və yüksək nəticələr qazanmasına xüsusi qayğı göstərir və bu istiqamətdə geniş imkan və şərait yaradır".
Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.
.jpg)
Onun sözlərinə görə, ölkə başçısının imzaladığı sərəncamlar və dövlət proqramları vasitəsilə komandanın maddi-texniki bazasının möhkəmləndirilməsi, məşq prosesinin müasir standartlara uyğunlaşdırılması, eləcə də beynəlxalq arenada əldə edilən tarixi uğurların dövlət səviyyəsində yüksək qiymətləndirilməsi bunun əsas sübutudur: "Bu sistemli yanaşma nəticəsində minifutbol milli komandası daha peşəkar hazırlıq prosesi keçmiş, beynəlxalq yarışlara daha yüksək səviyyədə çıxış etmək imkanı qazanmışdır.
Azərbaycanın minifutbol millisi isə mötəbər yarışlarda qazandığı qələbələrlə ölkəmizi layiqincə təmsil etmiş, beynəlxalq idman ictimaiyyətində müsbət imic formalaşdırmışdır.
Bu Avropa çempionluğu Azərbaycan futbolu üçün tarixi mərhələ olmaqla yanaşı, ölkənin idman siyasəti və beynəlxalq mövqeyi baxımından da strateji əhəmiyyət daşıyır. Minifutbol üzrə Avropa çempionatı həm miqyası, həm də ictimaiyyət arasında qazandığı populyarlıq baxımından bu idman növünün inkişafında yeni bir səhifə açır və ölkədə idmana marağın artmasına mühüm töhfə verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB