“Bütün bunlar əlaqələrin daha da möhkəmlənməsi üçün mühüm əhəmiyyət daşıyır” - ŞƏRH
“Bu gün dünyamızda ciddi proseslər gedir və biz ciddi bir gərginliyi müşahidə edirik. Bu gərginlik fonunda Azərbaycanın atdığı addımlar xüsusi önəm daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, dəfələrlə cənab Prezident bu məsələyə öz reaksiyasını və münasibətini bildirib, vurğulayıb ki, region dövlətləri daha da inkişaf etməli, əlaqələrini gücləndirməli və möhkəmləndirməli, bu prosesə öz mühüm töhfələrini verməlidirlər:
“Əslində, ən vacib modellərdən biri 6-lı formatda əməkdaşlıq idi, amma təəssüf ki, bu alınmadı. Bununla belə, Azərbaycanın, Gürcüstanın və Türkiyənin bir araya gələrək müxtəlif məsələləri müzakirə etmələri və bəyanatlar imzalamaları çox önəmli oldu. Çünki bu gün dünyamız və bölgəmiz ciddi təhdidlər və çağırışlarla üz-üzədir.
Nəzərə alsaq ki, bu gün Azərbaycan və Türkiyə arasında əlaqələr yüksək səviyyədədir, çox ciddi ticarət dövriyyəsi mövcuddur, tərəflər müxtəlif istiqamətlərdə addımlar atır, tədbirlər həyata keçirirlər. Regionun inkişafını təmin etmək üçün müxtəlif layihələr reallaşdırılır. Bu gün enerji sahəsində əməkdaşlıq davam edir, nəqliyyat əlaqələrimiz yüksək səviyyədədir.
Bütün bunlar əlaqələrimizin daha da möhkəmlənməsi və güclənməsi üçün mühüm əhəmiyyət daşıyır. Hazırkı mürəkkəb dövrdə tərəflər əlaqələrini maksimum dərəcədə möhkəmləndirməli və gücləndirməlidirlər. Hesab edirəm ki, bu mənada bu, olduqca vacib və önəmli məsələdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB