Alisia Morqan: “Öz hekayəmi bölüşməklə insanları tam potensiallarından istifadə etməyə ruhlandıracam” - FOTO
ABŞ-ın ölkəmizdəki səfirliyi Şirvan şəhərində tədbir keçirib. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, tədbir İREX mərkəzində təşkil edilib. Tədbirdə Amerika səfirliyinin təhsil və səhiyyə məsələləri üzrə müşaviri Kristofer Cons, həmçinin İREX-in Azərbaycan üzrə rəhbəri Sara Henesi iştirak edib. Tədbirin keçirilməsində məqsəd ABŞ-ın Bakıdakı səfirliyi internet marketinqi sahəsində uğur qazanmış iş xanımı Alisia Morqanın gənc xanımlarla və sahibkarlarla təcrübəsini, eyni zamanda qazandığı uğurları bölüşməkdir. Xanım Morqan çıxışında vurğulayıb ki, öz hekayəsini bölüşməklə insanları tam potensiallarından istifadə etməyə ruhlandıracaq.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB