Hacı Allahşükür Paşazadə: \"Biz qanın bu formada tökülməsinin əleyhinəyik\"

\"Aşura günündə qan vermənin məqsədi ölkədə yetimlərə, ehtiyacı olan insanlara, həmçinin qoca ata və analarımıza kömək göstərmək, əl uzatmaqdan ibarətdir. Eyni zamanda bu kimi təbəqədən olan şəxsləri ziyarət etmək də çox vacibdir. Bu yolla İmam Hüseynə (ə) və onun 72 tərəfdarına təziyə saxlamaq kimi də önəmlidir\". SİA-nın verdiyi məlumata görə, bunu şeyxülislam Hacı Allahşükür Paşazadə Aşura günü ilə bağlı qan verdikdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, bəzi insanlar düşünür ki, Aşura günündə İmam Hüseynin (ə) qanı necə töküldüsə, mənim də qanım tökülsün: \"Biz qanın bu formada tökülməsinin əleyhinəyik. İmam Hüseynin (ə) qanı əbəs yerə tökülmədi. Onun qanında bir həyat var idi. İmam Hüseyn (ə) özü də şəhid olmamışdan əvvəlq bildirmişdi ki, mənim ölümümdə həyat var. Ona görə də biz İmam Hüseyni (ə) sevənlərə tövsiyyə edirik ki, İmamın qanın tökülməsində həyat nuru vardı, indiki insanlar qan verməklə, yardım etməklə xəstələrə həyat nurunu İmam yolunda bəxş etsinlər. Qana ehtiyacı olan inasanların pulu yoxdur, kimsə İmam Hüseynin (ə) yolunda qan verəcəksə, onun yolunda şəfa tapacaqsa, Allah-Təala bütün qan verənlərə kömək olacaq və bütün niyyətləri qəbul olunacaq\".

Bütün xəbərlər Facebook səhifəmizdə