İran XİN: “Azərbaycan ərazisində terrorçu qruplaşmaların yerləşməsi barədə rəsmi xəbər almamışıq”
"Münafiqlər qruplaşması (terrorçu Xalq Mücahidləri Təşkilatı)" Azərbaycan ərazisində yerləşməsilə bağlı rəsmi xəbər alınmayıb. SİA-nın xəbərinə görə, bunu İran İslam Respublikası Xarici İşləri Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst keçirdiyi ənənəvi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bəzi KİV-lər İranla qonşu dövlətlərin yaxşı münasibətlərinə kölgə salmaq məqsədilə belə xəbərləri yaymaq istəyirlər: "Heç şübhəsiz ki, qonşu dövlətlər də ikitərəfli münasibətləri və ölkəmizin təhlükəsizliyini nəzərə alacaqlar. Heç bir dövlət qonşu dövlətin təhlükəsizliyini təhdid edə biləcək addım atmağı özünə rəva bilməz. Çünki, əks halda iki tərəfində təhlükəsizliyinə ziyan dəyər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB