MSK-nın növbəti iclası keçirilib

MSK-nın növbəti iclası keçirilib

Bugün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, komissiya sədri Məzahir Pənahov iclasda çıxış edərək "Seçki bülletenlərinin və protokolların çapına noyabrın 21-dən başlanacağını söyləyib. O, bülleten və protokolların çap edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri işlər görüldyünü də qeyd edib. Bildirilib ki, bu həftənin axırına qədər isə işlər tam yekunlaşacaq və çapa buraxılması üçün göstəriş veriləcək. Məzahir Pənahov Bülleten və protokolların çapının noyabrın 21-dən başlanacağını və 22-23–dək davam etdiriləcəyini sözlərinə əlavə edib. Sonda qeyd edək ki, Azərbaycanda bir sıra bələdiyyələrə seçkilər noyabrın 30-da keçiriləcək.


Bütün xəbərlər Facebook səhifəmizdə