İt olasan, bəxtin ola... ARAŞDIRMA

İt olasan, bəxtin ola... ARAŞDIRMA

İt insanın ən sadiq dostudur. Dostluq pulla ölçülməz deyillər. İnsanın ən yaxın dostu olan itin qiyməti isə kifayət qədər bahadır. İtin cinsindən asılı olaraq onun qiyməti də dəyişir. Ancaq itlər arasında da qiymətsiz və heç kimə lazım olmadan atılmışları da var...


Bəs, görəsən, itin qiyməti hansı meyarlara ölçülür, hazırda hansı itlərə tələbat daha çoxdur, onların qiyməti və bu istiqamətdə digər məqamlarla bağlı apardığımız araşdırma zamanı bir sıra maraqlı məqamlarda rastlaşdıq.



İtə qulluq- yüksək səviyyədə qulluq təklif edirəm


Bu gün ürəyindən it almaq keçən hər bir şəxs asanlıqla internetdə axtarış verərsə, müxtəlif elanlara rast gələ bilər.

Hər növ cins it satıram: Ovçarka, doberman, rotfeller, alabay, xaskiy layka, kanqal, pitbull, staff, bulteryer və başqa böyük parodalı itlər, Balaca qalan itlərdən pudil, pikines, yoks teryer, balonka, toy teryer, pincenin də təklif edirəm. İtlərin qiyməti 350-400 manatdır.


1 yaş yarımlıq dişi rotweriler satan it sahibi isə bizimlə söhbətdə bildirdi ki, itinin iynəsi vaxtlı vaxtında vurulub, bütün sənədləri var. Bununla belə 350 manata rotweriler satan Bakı sakini bildirdi ki, CİP adlı iti sərgidə iştirak edib və diplomu var: "Pitbullum olduğu üçün bu iti saxlaya bilmirəm. Ona görə onu satışa çıxarmışam".

Elan verənlər arasında itlərə "dayə" lik etmək istəyənlər də çoxdur. \"25 manata itin saçını düzəltməyi, çimizdirməyi, qulaqlarını və dərisini təmizləməyi və bütün gigiyenik tələblərə uyğun olaraq itə xidmət göstərməyi təklif edirəm\".


İtinə yas verənlər var


Paytaxtın Sahil metrostansiyasının yaxınlığında yerləşən zoo - mağazada isə itə satışına rast gəlməsək də, mağazada işləyən Zaur adlı satıcı sifarişdən asılı olaraq it gətirildiyini dedi: "Hazırda şəhərdə itə tələbat böyükdür. İtin qiyməti onun cinsindən asılı olaraq dəyişir. Qeyd edim ki, itlər dörd qrupa bölünür. Dekorativ, ov, keşik və xidməti itlər. Bu qrupların özləri də bir çox növlərə ayrılır. İtin balaları 25 günlüyündən öz cinslərinə uyğun olaraq yoxlanılır və həmin itin gələcəkdə nəyə qadir olduğu bu üsulla müəyyənləşdirilir. Heç nəyə yararlı olmayan itləri elə kiçik ikən məhv edilir. Çünki onların artıq heç nəyə qadir olmadığı məlum olur. İtlərin qiyməti isə itin mənsub olduğu kateqoriyadan asılı olaraq dəyişir. Nisbətən ucuz itlər sırasına ov itləri (velşteryer, taks, layka və s.), həmçinin dekorativ və xidməti itlər (erdelteryer, kolli, bokser, şelti və s.) aid edilir. Bu cinsdən olan itləri 200-300 dollara almaq olur. Orta qiymətli itlər sırasına aid olan bobteyler, bulteryer, rotveyler və s. itlərin qiyməti 500-700 dollardır. Bu cinsə aid olan itlər çox dəbli hesab edilir və onlardan əsasən cangüdən və ya qoruqcu kimi istifadə olunur. Ən bahalı və prestijli itlər isə bulmastiv, brazileyr, doq və s. hesab edilir. Bu səbəbdən də bu cinsdən olan itlərin qiyməti 1000-1500 dollardır". İt satışı ilə məşğul olan həmsöhbətim itlərə təlim keçmək üçün xüsusi mütəxəssislərin olduğunu da deyir: "Bir itin təlimi üçün aylıq 200-250 manat tələb olunur. Bu qiymətə itin yedirdilməsi, dərisinin təmizlənməsi və təlim öyrədilməsi daxildir. İtə təlim 8 ayından başlayaraq bir yaşına kimi davam etdirilir. İt sahibinin sifarişindən asılı olaraq idarəetmə və axtarma üzrə itə təlim keçirilir". Həmsöhbətim Azərbaycanda ən polyar itlərin Alabaş, Ovçarka və Çoban itləri olduğunu da deyir. Xarici cinsli itlər ölkəyə əksər hallarda xarici ölkələrdə gətirilir. Bunun biznesi ilə məşğul olanlar da var. İtə maraq böyük olduğundan onların ticarəti yaxşı gedir".

İt saxlamağı dəb və prestij sayanların isə buna xeyli xərcləri çıxır. Belə ki, zoo - mağazin işçisi əsasən imkanlı şəxslər tərəfindən alınan itlərin bağ evlərində saxlandığını dedi: "Ancaq mənzillərində də it saxlayanların az deyil. İti alan şəxs ona nə qədər xərc gedəcəyini əvvəlcədən bilir. Məsələn 500-1000 manata it alanlar müştərilərimiz arasında itə qulluq etmək üçün xüsusi işçi tutanlar az deyil. İt üçün gündəlik yemək, paltar sifariş edənlər, xüsusi ev tikənlər, bahalı xalta alınlar, həkim tutanlar da var. Hətta əziz itini itirənlər arasında ona yas verənlərə də rast gəlirik".

Bütün xəbərlər Facebook səhifəmizdə