Bayram oldu, heç bilmirəm neyləyim...ARAŞDIRMA

Bayram oldu, heç bilmirəm neyləyim...ARAŞDIRMA

Hər il Qurban bayramı ərəfəsində ətin qiymətini süni şəkildə bahalaşdırılır. Eyni zamanda bayram bazarlığı üçün lazım olan digər qida məhsullarının da qiyməti artırılır. Qurban bayramının gəlişinə sayılı günlər qalır.

Görəsən, bayram ərəfəsində bazarlarda vəziyyət necədir?


Qeyd edək ki, bu ilin ilk 9 ayı ərzində Azərbaycanda kənd təsərrüfatı sektorunda artım 7,6 faiz olub. O cümlədən bitkiçilik sektorunda 10,6 faiz, heyvandarlıq sektorunda 3,7 faiz artım qeydə alınıb.

Ətin 1 kilosu 8-9 manatdır.

Bayram öncəsi apardığımız monitorinq zamanı məlum oldu ki, qiymətlər heç də ucuz deyilmiş.

Hazırda qoyun ətinin 1 kiloqramı satışda 8,50 - 9 manatdır. Sümüksüz ət isə 10 – 11 manata satılır. Mal ətinin qiyməti isə 7 - 8 manat arasında dəyişir. Bayram süfrəsini bəzəyən plovun hazırlanmasında istifadə olunan kişmiş və qaysının kiloqramı 3 - 6 manat, şabalıd 5 - 10 manata, yağın kilosu 5 - 9 manatdır. Tərəvəzin bahalısı pomidor - 2 manatdır. Kartof və soğan 70 qəpik 1 manata, kənd yumurtasının qiyməti 25-30 qəpik, meyvə isə 1 manat 50 qəpikdən başlayaraq bahalaşır.


Ət satışını həyata keçirənlər bildirir ki, qiymətlər bayram günlərində olduğu kimi qalacaq: "Qoyun ətinin kiloqramı 8 - 9 manat olacaq. 12 kiloqramlıq quzu 120 manata, 20-25 kiloqramlıq qoyun 200 manatadır, 30 kq-lıq qoyunun qiymətinin isə kq-nın 8 manatdan hesablandığı halda 240 manata başa gələcək.


Qeyd edək ki, əksər müsəlman ölkələrində Qurban Bayramı öncəsi mağazalarda endirim kampaniyaları keçirilir. Məsələn, Türkiyədə qiymət artımının qarşısını almaq üçün ciddi tədbirlər görülür. Hər il bu ölkəyə xaricdən minlərlə ton mal-qara gətirilir. Bu ərəfədə xırda və iribuynuzlu heyvanların gətirilməsinə şərait yaratmaq üçün gömrük rüsumunu ləğv edilir.


Qiymət artımına yol verməyin!


Bu il Azərbaycanda da qiymət artımının qarşısını almaq üçün aidiyyəti qurumlar tədbirlər planı hazırlayır. İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakıda və regionlarda ətin qiymətinin gündəlik monitorinqini gücləndirəcək: "Artıq xidmətin əməkdaşları istehlak bazarında intensiv yoxlamalara başlayıb. Qurban Bayramında ətə olan tələbatın çoxalmasını nəzərə alaraq dövlət xidməti bu sahədə daha intensiv qaydada monitorinqlər aparacaq. Qiymət artımına yol verənlər cəzalandırılacaq\".


Qurumdan o da bildirildi ki, paytaxtda xırdabuynuzlu heyvanların satış yarmarkaları təşkil olunacaq: \"Yarmarkalarda ət kəsimi həyata keçirən fermerlərdə icarə haqqı alınmayacaq".



Bütün xəbərlər Facebook səhifəmizdə