ABŞ Dövlət Departamenti Silvio Berluskoninin adını insan alveri ilə bağlı şəxslərin siyahısına daxil edib

ABŞ Dövlət Departamenti Silvio Berluskoninin adını insan alveri ilə bağlı şəxslərin siyahısına daxil edib

ABŞ Dövlət Departamenti müasir dünyada insan alveri probleminə həsr edilən illik məruzəsini nəşr etdirib. SİA-nın "The Telegraph" qəzetinə istinadən verdiyi xəbərə görə, dünyanın 180 ölkəsindən əldə edilən məlumatlar əsasında hazırlanan sənəddə müəyyən şəkildə insan alverində əli olan şəxslərin konkret adları göstərilib. Onların arasında İtaliyanın baş naziri Silvio Berluskonin adı var.

Sənəddə qeyd olunur ki, şahid ifadələri Mərakeşdən gətirilmiş qızın insan alverinin qurbanı olduğunu təsdiqləyir. Bundan başqa Berluskoni uşaq fahişəliyi ilə əlaqədə ittiham olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə