Ötən axşam Hacıqabul ərazisində sərnişin daşıyan avtobus mühafizə zolağına
çırpılıb. SİA-nın Aran bürosuna hadisə barədə məlumat verən DYP alayının inspektoru
İbrahim Rüstəmov bildirib ki, Gəncə sakini 1955-ci il təvəllüdlü Kərimov Novruz
Aydın oğlu idarə etdiyi İkarus markalı 25 BA 609 nömrəli sərnişin avtobusu ilə yağışlı
hava şəraitində düzgün sürət həddi seçə bilmədiyi üçün Bakı Qazax yolunun 110
kilometrliyində idarə etməni itirərək mühafizə dəmirinə dəyərək qarşı yola
çıxmışdır. Hadisə zamanı xəsarət alan olmasa da həm avtomobil həmdə mühafizə
dəmirləri yararsız vəziyyətə düşüb. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB