Mübariz Əhmədoğlu: “Azərbaycan hazırda Ermənistana qarşı diplomatik hücumdadır”
Azərbaycan hazırda Ermənistana qarşı diplomatik hücumdadır. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu hesab edir ki, rəsmi Bakının Dağlıq Qarabağ icmalarının görüşü keçirməsi təşəbbüsü ilə çıxış etməsi buna əyani sübutdur. Eyni zamanda Daxılı işlər Naziri Ramil Usubovun Ermənistana səfəri Azərbaycanın həm döyüşməyi həm də barışmağı bacarığını ortaya qoydu: "Ermənistan indiyə qədər iddia edirdi ki, guya, Azərbaycanda ermənifobiya var. Azərbaycan tərəfi Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşlərinin keçirilməsini təklif edir. Bu dəfə Ermənistan tərəfi belə görüşlərin keçirilməsinə etiraz edir. Belə görüşün baş tutmasını istəmir. Bu isə Ermənistanın qeyri-konstruktiv mövqeyini bir daha göstərir\",
Dağlıq Qarabağın nizamlanmasında həmsədrlik edən trionunu siyasətində də dəyişiklik var. Politoloq deyir ki, dünyada hegomonluq edən ABŞ münaqişənin həllində uç prinsipi qoruyur. Bunlar münaqişənin dinc yolla həlli, "Status-Kvo" nun saxlanılması və münaqişə tərəflərindən İrana qarşı istifadə etmək. sonuncu bəndin reallşmasında Ermənistan fəal olsada rsəmi Bakı maddənin gerçəkləşəməsində ehtiyatlıdır. Səbəb isə qonşu dövlətin nüvə potensilaının çökməsi nəticəsində yarana biləcək ekoloji fəlakətin Azərbaycana təsiri və İran ərazisində yaşayan həmyerlilərimiz: "Birləşmiş Ştatların Ermənistandan İrana qarşı istifadə etməsi də artıq Rəsmi Tehran tərəfindən qəbul edilib. Çünki İran müdafiə instikti güclü inkişaf edən bir dövlətdir. Cavab isə Ermənistanın çöküşünə gətirib çıxara bilər".
Trionun ikinici siması isə Fransa. Mübariz Əhmədoğlu vurğulayıb ki, Nikola Sarkozini Cənubi Qafqaza səfəri və "erməni soyqırımı" ilə bağlı bəyanatları erməniləri ruhlandırsada Qarabağla bağlı mövqeyi heç də ürəkaçan olmadı. Çünki Sarkozi münaqişədə ermənilərim marağından yox şəxsi düşüncə tərzi formasında mülahizələr irəli sürür.
M. Əhmədoğlu Rusiyanın son dövrlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi aktivliyin ciddi nəticə vermədiyini deyib və əlavə edib ki, bunda Azərbaycan tərəfinin günahı yoxdur.
O, ATƏT-in Minsk qrupunun ATƏT PA-da hesabat verməsini ciddi hadisə adlandırıb: "ATƏT-in Minsk qrupunun həmsədrlərinin hesabatlarına qədər hamı elə bilirdi ki, Yenilənmiş Madrid təkliflərində dəyişikliklər edilib. Ancaq Minsk qrupunun həmsədrlərinin hesabatı göstərdi ki, danışıqlar Helsinki Yekun Aktının güc tətbiq etməmək və ya güc tətbiq etməklə hədələməmək, dövlətlərin ərazi bütövlüyü, xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyin etməsi hüququ prinsipləri əsasında irəli sürülmüş təkliflər ətrafında davam etdirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB