AzərTAc-ın Baş direktoru Aslan Aslanova Rusiya Federasiyasının “Dostluq” ordeni təqdim olundu
Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın Baş direktoru Aslan Aslanov Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin fərmanı ilə "Dostluq" ordeni ilə təltif edilib. SİA-nın məlumatına görə, bu gün Rusiya səfirliyində A.Aslanov Rusiyanın yüksək dövlət mükafatının təqdim etmə mərasimi keçirilib. Tədbirdə bildirilib ki, AzərTAc-ın Baş direktoru Aslan Aslanov Rusiya-Azərbaycan münasibətlərinin inkişafına verdiyi böyük töhfəyə görə "Dostluq" ordeninə layiq görülüb.
"Dostluq" ordeni A.Aslanova Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin tərəfindən təqdim olunub. Narışkin bildirib ki, AzərTAc-ın baş direktoruna \"Dostluq\" ordenini təqdim etmək fəxri missiyadır: "Sizin əməyiniz sayəsində Rusiya isə Azərbaycanın informasiya sahəsində ikitərəfli əməkdaşlıq münasibətlərinin yüksək səviyyə çatıb. Azərbaycanda rus dili və informasiya siyasətinin möhkəmləndirilməsində də böyük rolunuz var. Görülən bu işlər xalqlarımız arasında dostluğum möhkəmlənməsinə də müsbət töhfə verib. Bu yüksək mükafata layiq görülməklə Rusiya Federasiyasının mükafatına layiq görülən görkəmli Azərbaycan xadimləri sırasına qoşulursunuz. Bu münasibətlə sizi təbrik edirik".
Təltif olunduğu yüksək mükafata görə, Rusiya Prezidenti Dmitri Medvedevə minnətdarlığını bildirən A.Aslanov əməyin bu cür yüksək qiymətləndirilməsindən böyük şərəf və qürur duyduğunu deyib: "Rusiya dövlətinin yüksək ordeni ilə təltif olunmaq mənim üçün böyük şərəfdir. Təməli Azərbaycanın banisi Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Rusiya dostluq münasibətlərinin onun sayəsində yüksək səviyyə çatdırılıb. Hazırda prezident İlham Əliyev tərəfindən bu yol uğurla davam etdirilir. Bizim ümumi işimiz bu münasibətləri möhkəmləndirməkdir. İTAR-TASS-la AzərTAc arasında uzun illər davam edən əməkdaşlıq da bu dostluğa nümunədir".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB