Siyasətçilər və iş adamları arasında 10 ən qanlı savaş

Siyasətçilər və iş adamları arasında 10 ən qanlı savaş

Dünya ölkələrinin parlamentlərində baş verən xoşagəlməz hadisələr barəsində kifayət qədər məlumatlar dərc edilib, telekanallarda süjetlər göstərilib. SİA-nın əldə etdiyi faktlar yeni olmasa da, Forbesin reytinqində ilk onluğa düşənlərdəndir.


1. Türkiyə Böyük Millət Məclisi: 1 ölü

Türkiyə Parlamentində 2001-ci ildə qanun layihəsinin müzakirəsi zamanı 20 millət vəkili arasında baş vermiş qarşıdurmada ölən və yaralananlar olub. Hakim partiyanın təmsilçisi kvoruma əməl etməyin lazım olduğunu bildirəndə təklif digər fraksiya üzvlərinin xoşuna gəlməyib. Qarşıdurma yaranıb. Sağ təmayüllü Milliyətçi Hərəkat Partiyasının üzvü digər millət vəkili Fevzi Sixanlıoğlunu yerə yıxaraq başına 5-6 zərbə vurub. İkinci zərbələrdən huşunu itirib və xəstəxanaya gedərkən yolda ürəktutmasından keçinib.


2.Ukrayna Radası: 5 nəfər xəstəxanaya yerləşdirilib

Ukrayna Radasında baş verən qarşıdurmaların ən ciddisi 2010-cu ildə baş verib. Yuliya Timoşenkonun tərəfdarları öz liderlərini qorumaq üçün rəyasət heyətinin əyləşdiyi tribunanı zəbt ediblər. Regionlar Partiyasının təmsilçiləri isə tribunanı azad etmək üçün hücuma keçiblər. Nəticədə 5 millət vəkili xəstəxanalıq olub.


3 . Vladimir Jirinovski və başqaları: yaş kostyum, yolunmuş saçlar, burundan qan axması

Rusiya televiziyalarında ilk dəfə dava-dalaş Vladimir Jirinovski ilə Boris Nemtsov arasında 1995-ci ildə ORT kanalında yayımlanan "Təkbətək" verilişində baş verib. Jirinovski bəyan edib ki, Nemtsovun qubernator olduğu Nijeqorodski vilayətində siflis epidemiyası tüğyan edir. Cavabında Nemtsov liberalların başqanına "Playboy" jurnalında dərc olunmuş "mən 200 qadınla yatmışam" fikrini sitat gətirib. Jirinovski isə cavabında apelsin şirəsi doldurulmuş stəkanı Nemtsovun üzünə atıb və cavabı da adekvat olub.


4. Ukrayna Radasında növbəti döyüş

2010-cu ildə Rusiya dəniz donanmasının Ukrayna ərazisində saxlanmasının Radada ratifikasiya olunması zamanı spiker Vladimir Litvin yumurta yağışına məruz qalıb


5. Rusiya Dövlət Duması: Fedulov Şandıbinin burnunu dişləyib

2003-cü ildə Dövlət Dumasında kommunist Şandıbin bitərəf deputat Fedulovun üstünə atılıb və onu Züqanovu "siyasi faşihə" adlandırdığı üçün döyüb.


6. Cənubi Koreya Parlamenti: 1 nəfər xəstəxanalıq olub, mebellər sındırılıb

2009-cu ildə Cənubi Koreya Parlamentində kütləvi informasiya vasitələri haqqında qanunun yeni layihəsinin müzakirəsi zamanı baş verən kütləvi davada bütün deputatlar davada iştirak edib. Hətta qadın millət vəkilləri bir-birinin paltarını çıxarmağa çalışıblar. Parlamentin mebellərinə ciddi ziyan dəyib, bir nəfər isə xəstəxanaya yerləşdirilib.


7. Çexiya: səhiyyə nazirinin stomatoloqlarla görüşü, zədə almış sifət

Çexiyanın səhiyyə naziri David Rat prezidentin məsləhətçisi Miroslav Maçekovla dalaşıb. 2006-cı ildə stomatoloqlarla görüşdə prezidentin köməkçisi Ratın islahatlarını bəyənmədiyini bildirib və cavabı çox pis olub. Rat əvvəlcə onu qorxaq adlandırıb sonra isə başından zərbə vurub


8. Tayvan Parlamenti: dişləmək və qanun layihəsini yemək

Tayvan Parlamentində deputatların bir-birini ayaqqabı, mikrofon və digər əşyalarla döyməsi yeni xəbər deyil. 2010-cu ildə baş verən hadisə də məhz belə olub. Millət vəkilləri sözün əsl mənasında parlamentin iclas zalını tatami ilə səhv salıblar. Bir-birinə cüdo dərsi keçən deputatlar müxalif həmkarlarının qanun layihəsini yemək istədiyi anda yaxalayıblar və dava bir az da şiddətlənib.


9. Gürcüstan Parlamenti: 1 millət vəkili həkim nəzarətinə götürülüb

2002-ci ildə deputat Petre Çiskarişvili həmkarı David Saqanelidzeni sifətini əməlli-başlı əzişdirib. 2003-cü ildə isə vitse-spiker deputatlar tərəfindən döyülüb.


10. Hindistan qanunverici orqanında dava: göyərmiş gözlər, sınıq stullar

Hindistanın Uttar-Pradeş ştatının qanunverici orqanında baş verən davada deputatlar bir-birini papka və stullar vasitəsilə döyüblər.


Bütün xəbərlər Facebook səhifəmizdə