Aqrar siyasət komitəsi payız sessiyasında iki qanun layihəsini müzakirə edəcək
\"Milli Məclisin payız sessiyasında Aqrar siyasət komitəsi iki qanun layihəsini müzakirə edəcək\". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib. Onun sözlərinə görə, komitədə "Kooperasiya" və "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi" haqqında iki qanun layihəsi müzakirə olunacaq: "Biz bu qanunlar üzərində işləmişik. "Koorperasiya haqqında\" qanun artıq birinci oxunuşdan keçib. Hazırda qanunu ikinci, üçüncü oxunuş üçün hazırlayırıq. Yəqin ki, qanunun qəbul olunmasına nail olacağıq".
"Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında\" qanunun da artıq hazır olduğunu deyən millət vəkili bildirib ki, qanun yaxın günlərdə komitənin iclasında müzakirə edilərək Milli Məclisə tövsiyə ediləcək: "Həmçinin prezident tərəfindən sərəncamı verilmiş əlavə və dəyişikliklər qanunlara əlavə olunacaq. Onlardan biri də bələdiyyə torpaqları ilə əlaqədardır. Eyni zamanda payız sessiyasında büdcəyə də baxılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB