Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub
Bu gün Xəzər dənizində zəlzələ baş verib. SİA-nın AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, zəlzələ 10:37-də qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirdi ki, zəlzələ Bakı şəhərindən 211 kilometr şərqdə qeydə alınıb: "Titrəyişlərin gücü Rixter şkalası üzrə 3,8 bal olub. Yeraltı təkanların ocağı 65 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss edilməyib".
Q. Yetirmişli narahatlığına heç bir əsas olmadığını dedi: "Ölkəmizdə seysmiklik fonu normal səviyyədədir. Təkanlar həssas cihazlar vasitəsilə qeydə alınır. Aktiv zəlzələ ocaqları çoxdur. Demək olar ki, hər gün xırda təkanlar qeydə alınır. Ancaq bunlar ölkənin ərazisi üçün xarakterik olduğundan normal hesab edilir".

Bütün xəbərlər Facebook səhifəmizdə