İqtisadi İnkişaf Nazirliyi müsabiqə elan edib

İqtisadi İnkişaf Nazirliyi müsabiqə elan edib
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi KİV nümayəndələri arasında müsabiqə elan edir. Nazirlikdən SİA-ya verilən məlumata görə, müsabiqə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı "Milli iqtisadiyyatımız: uğurlar və perspektivlər" mövzusunda elan olunub.

Müsabiqədə Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-lərin əməkdaşları tək və ya müştərək halda iştirak edə bilərlər;

Müsabiqəyə təqdim ediləcək məqalənin həcmi 8 min çap işarəsindən, video süjet isə 3 dəqiqədən az olmamalıdır;

Məqalə Azərbaycan və ya rus dillərində, televiziya süjeti isə Azərbaycan dilində təqdim edilməlidir;

Məqalə Azərbaycanda dərc olunan rəsmi nəşrlərin birində çap olunmalıdır;

Məqalənin sonunda və ya video süjetdə "İqtisadi İnkişaf Nazirliyi tərəfindən "Milli iqtisadiyyatımız: uğurlar və perspektivlər" mövzusunda KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir" sözləri qeyd olunmalıdır.

Məqalənin çap olunduğu qəzet və ya jurnalın bir nüsxəsi, elektron KİV-də yerləşdirilmiş yazının saytdan çıxarılmış versiyası, video süjetlər isə DVD-də olmaqla KİV nümayəndələrinin vəsiqəsinin surəti ilə birlikdə 1 sentyabr 2011-ci il tarixinədək İqtisadi İnkişaf Nazirliyinə (Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küç., 40 (Hökumət evi), 10-cu mərtəbə, 1004-cu otaq), yazıların elektron forması isə [email protected] ünvanına təqdim edilməlidir.

Müsabiqəyə təqdim olunmuş məqalələr və video süjetlər İqtisadi İnkişaf Nazirliyində yaradılmış Komissiya tərəfindən 1 oktyabr 2011-ci il tarixinədək qiymətləndiriləcək və müsabiqənin qalibləri müəyyən ediləcəkdir.

Müsabiqədə iştirak məqsədilə hazırlanmış məqalələr və video süjetlər Nazirliyin www.economy.gov.az internet saytında yerləşdiriləcəkdir.


Qaliblərə diplomlar və pul mükafatları təqdim olunacaqdır:

Birinci yer – 1 nəfər – 500 (beş yüz) manat

İkinci yer – 2 nəfər – hər biri üçün 400 (dörd yüz) manat

Üçüncü yer – 3 nəfər – hər biri üçün 300 (üç yüz) manat

Həvəsləndirici mükafat – 4 nəfər – hər biri üçün 150 (yüz əlli) manat.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня