Daşkəsəndə yarım ilin yekunları müzakirə olunub - FOTO

Daşkəsəndə yarım ilin yekunları müzakirə olunub - FOTO

Daşkəsən Rayon İcra Hakimiyyətində rayonun 2011-ci ilin birinci yarısının sosial - iqtisadi inkişafının yekunları və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial- iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasıındakı nitqindən irəli gələn vəzifələrlə bağlı yığıncaq keçirilib. SİA-nın xəbərinə görə, rayon ictimaiyyəti fəallarının yığıncağında icra başçısı Əhəd Abıyev məruzə və nitq söyləyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial - iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında xüsusi vurğulanıb ki, cari ilin 1-ci yarısında ölkə qarşısında duran sosial-iqtisadi məsələlər öz həllini tapıb. Bu dövrdə ümumi daxili məhsul 0,9 % artıb, qeyri-neft sektorunda artım 7,2 % , kənd təsərrüfatında isə 6, 2 % müşahidə olunub. Birinci yarım ildə həmçinin əhalinin pul gəlirləri 17 % yüksəlib. Büdcəyə edilən dəyişiklikdən sonra tariximizdə ilk dəfə olaraq Azərbaycanın dövlət büdcəsi 20 milyard dollara çatmış, ölkəmizin valyuta ehtiyatları ümumilikdə 38 milyard dollar təşkil edib. Müşavirədə yekun nitqində möhtərəm Prezidentimiz qeyd edib: "Bizim iqtisadi göstəricilərimiz gördüyümüz işlərin nəticəsidir və ölkədə gedən proseslər müsbət istiqamətdə davam edir". Bu mənada respublikamızda gedən sürətli inkişaf Daşkəsən rayonunda da müşahidə olunmaqdadır. Hesabat dövründə rayonun sosial-iqtisadi həyatının bütün sahələrində artım, irəliləyiş əldə olunub. Rayon ərazisində bir sıra təmir-bərpa, tikinti, yenidənqurma, abadlıq, quruculuq işləri görülüb. Qısa vaxt ərzində Daşkəsən rayonunun girəcəyində geniş, irimiqyaslı tikinti, quruculuq işləri aparılmış, yüksək səviyyəli Bayraq meydanı yaradılmış və yeni park, istirahət mərkəzi salınıb.

Daşkəsən şəhərində qəzalı vəziyyətdə olan və sökülməsi nəzərdə tutulan binaların, Rayon Mərkəzi Xəstəxanasının tikintisinin yeni sürət almasından, rayonda hidrometeoroloji stansiyanın yeni binasının tikintisi və avadanlıqlarla təmin olunması üçün təkliflərin hazırlanmasından, rayon Statistika İdarəsinin, MTN rayon şöbəsinin yeni inzibati binasının tikintisi üçün torpaq sahəsinin ayrılmasından və bu məqsədlə rayona mütəxəssislərin dəvət edilməsindən danışan Əhəd Abıyev nitqinə davam edərək bildirib ki, son 3 ayda daxili imkanlar hesabına şəhər məscidi əsaslı təmir edilmiş, şəhərin görkəmli yerində yeni iaşə və məişət xidməti göstərəcək binanın tikintisinə başlanılıb. Şəhərin sel suların təsirindən dağılaraq sıradan çıxmış obyekt və qurğularının, müxtəlif su-kanalizasiya sistemlərinin təmiri üzrə hazırlıq işləri davam edir. Şəhər binalarının və küçələrinin istinad divarlarının təmir bərpasına yaxın vaxtlarda start veriləcəkdir. Bu məqsədlə mütəxəssislər tərəfindən kompleks layihə (albom layihə) işlənib hazırlanıbdır.

Ötən ilin altı ayı ərzində "Daşkəsən Filizsaflaşdırma" ASC , Azərbaycan Şəkər İstehsalat Birliyi Daşkəsən Əhəng daşı mədəni də öz fəaliyyətlərini davam etdirib. Çovdar qızıl yatağının istismarı ilə bağlı hazırlıq işləri sürətləndirilib. Mədənin istifadəyə verilməsi nəticəsində 300 nəfərdən artıq daşkəsənli işlə təmin ediləcəkdir. Hazırda şəhərdə daxili imkanlar hesabına müasir tələblərə cavab verən ictimai xeyir-şər evinin tikintisinə başlanıb. Rayonun ayrı-ayrı yaşayış məntəqələrində qəza vəziyyətində və təmirə ehtiyacı olan 35 artıq yaşayış evinin bərpa və təmiri üzrə layihə-smeta sənədləri hazırlanıb. Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində olan 7 məktəb binalarını əhatə etməklə yeni məktəb binalarının tikintisi, onların əsaslı təmiri və yeni avadanlıqlarla təmin olunmaları barədə aidiyyəti üzrə ünvanlara müraciətlər olunmuş, bu sahədə işlər davam etdirilir. Təbii fəlakətdən ziyan çəkən vətəndaşların ehtiyaclarına diqqət və qayğı günün aktual işi kimi daim nəzarətimizdədir. Onların ehtiyaclarının ödənilməsi üçün ardıcıl iş aparılır.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına "Daşkəsən rayonunda kənd təsərrüfatının 2011-2015-ci illər üzrə İnkişaf Proqramı" layihəsi ilə bağlı təkliflər hazırlanaraq göndərilmiş , Nazirlər Kabinetinin rəhbərliyinin göstərişi ilə Maliyyə Nazirliyində və İqtisadi-İnkişaf Nazirliyində aidiyyəti üzrə işə baxılır. Həmin layihənin həyata keçirilməsi nəticəsində biz dağlıq rayonda kənd təsərrüfatının inkişafına kömək etmiş olacağıq.

Turizm üçün də rayonumuzda əlverişli məkanlar və yerlər vardır. Bu məqsədlə də tərəfimizdən lazımi təşkilatı hazırlıq işləri aparılır. Ümumiyyətlə, rayonumuzda sosial-iqtisadi inkişaf üçün böyük imkanlar və perspektivlər vardır.

Məruzə ətrafında Rayon İcra Hakimiyyəti başçısının Şəhər İnzibati Ərazi üzrə nümayəndəsi N.Vəliyev, rayon Telekommunikasiya Qovşağının rəisi A.Rüstəmov, Su-Kanal idarəsinin rəisi P.Əhmədov çıxış ediblər. Gündəlikdəki məsələ ilə əlaqədar qərar qəbul edilmiş və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə