Azərbaycan qoyunçuluğunun qızıl genofonduna daha iki qoyun cinsi əlavə olunub. Kənd Təsərrüfatı Nazirliyindən SİA-ya verilən məlumata görə,"Abşeron" və "Mil-Qarabağ" yeni qoyun cinsləri aqrar elminin yaradıcı alimlərinin böyük nailiyyətidir: "Bununla respublikada qoyun genefondunun sayı 13-ə çatıb. Bu isə o deməkdir ki, müstəqil dövlətlər birliyi daxil olan ölkələr sırasında genefondlarının sayına görə Azərbaycan birinci yerdədir".
Qeyd edək ki, keçən əsrin birinci yarısında (1947-ci ildə) ilk dəfə "Azərbaycan dağ merinosu" cinsi yaradılıb. Bundan 64 il sonra isə "Abşeron" və "Mil-Qarabağ" cinsləri yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB