Hansı çimərliklərdə dənizə girmək yasaqdır?

Hansı çimərliklərdə dənizə girmək yasaqdır?

Dəniz suyunun müayinələri davam edir. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin sanitar-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımovun SİA-ya verdiyi məlumata görə, çimərlik üçün istifadə olunan ərazilərdə suyun təmizlik səviyyəsini öyrənmək üçün həyata keçirilən reydlər davam edir: "Xəzər dənizində vəba xəstəliyinin profilaktikası və onun törədicinin qarşısının alınması məqsədilə dəniz suyundan nümunələr götürülüb müayinəyə göndərilir. Mərdəkan-Şüvəlan, Novxanı, Buzovna, Zaqulba, Pirşağı, Bilgəh, Nardaran, Türkan və Hovsan çimərliklərində də suyun keyfiyyəti normaya uyğundur. Xəzər sahili boyunca yerləşən çimərliklərdə də vəziyyət qənaətbəxşdir. Ancaq Qaradağ rayonundakı Sahil və Səbail rayonundakı Sıx çimərlikləri çimmək üçün əlverişsizdir. Bu səbəbdən sözügedən ərazidən istifadə qadağan olunub".

Z. Kazımov reydlərin davam etdiyini də dedi: "Nəticələr qeyri-kafi olduqda qadağalar davam edəcək".

Mirvari

Bütün xəbərlər Facebook səhifəmizdə