“Vətəni tanı” Ümumrespublika Kampaniyasının növbəti seçim turu Şamaxıda keçirilib- FOTOSESSIYA
Ölkəmizin ərazi bütövlüyünün tanıdılması, Vətənpərvərlik ruhunun aşılanması, ölkə gəncləri arasında Azərbaycan xəritəsinin daha da dərindən mənimsənilməsinə nail olmağı, "Vətəni tanı" Ümumrespublika Kampaniyası çərçivəsində növbəti seçim turu keçirilib.
SİA-nın verdiyi məlumata görə, Şamaxıda seçim turu da artıq yekunlaşıb. Şamaxı rayonunda baş tutan seçim turunun açılış mərasimində Milli Şuranın mətbuat katibi Orxan Əli bildirib ki, layihə bütün Azərbaycanı əhatə etməyi qarşısına məqsəd qoyub. \"Biz çalışırıq ki, ölkəmizin ərazi bütövlüyünü dünya ictimaiyyətinə çatdıraq\", - deyə o deyib.
150 gəncin iştirakı ilə keçirilən yarışmalarda sonda hər rayon üzrə bir nəfər elektron, bir nəfər isə puzzle formasında hazırlanmış xəritəni ən tez yığaraq respublika turuna vəsiqə qazandılar.
Tədbirdən sonra işçi qrupu Şamaxı rayonu Pirqulu yaxınlığında yerləşən rəsədxanaya səfər edib. İşçi qrupu burada dünyada nadir olan diametri 2 metrə çatan teleskopla tanış olublar.
Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin "AVA" Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB