Dünya azərbaycanlılarının III qurultayında 42 ölkədən 579 nümayəndə iştirak edəcək

Dünya azərbaycanlılarının III qurultayında 42 ölkədən 579 nümayəndə iştirak edəcək

İyulun 5-də Bakıda keçiriləcək Dünya azərbaycanlılarının III Qurultayına 1272 nümayəndə seçilib. Qurultayda dünyanın 42 ölkəsindən 579 nümayəndə və 211 qonaq iştirak edəcək. Diasporla İş Üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, Rusiya 155, Türkiyə 101, Ukrayna 49, Almaniya 43, Gürcüstan 41, ABŞ 28, İsveç 23, Niderland 21, İsrail 17, Özbəkistan 13, Fransa 12, Böyük Britaniya və Şimali İrlandiya 11, Kanada 10 nəfərlə təmsil olunacaq.

Qurultayda Azərbaycanın bütün bölgələrini əhatə edən dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumlar və siyasi partiyalardan 677 nümayəndə və 405 qonaq dəvət olunub.

Dünya Azərbaycanlılarının III Qurultayında ümumilikdə 13 ölkənin parlamentindən 29 deputatın iştirakı planlaşdırılır.

Qurultayda Qırğızıstan parlamentinin sədri Axmatbek Keldıbekovun, Gürcüstanın Diaspor məsələləri üzrə dövlət naziri Papuna Davitayanın, Türkiyə Nazirlət Kabineti yanında Xaricdə yaşayan Türklər və Qohum Topluluqlar üzrə Başkanlığın rəhbəri Kemal Yurtnacın, Moldovanın Qaqauz Yeri Başqanı Mixail Formuzalın, Rusiyanın Xarici Ölkələrdə Yaşayan Həmvətənlərlə və Beynəlxalq Əməkdaşlıq üzrə Federal Agentliyinin idarə rəisi, general Vladislav Şvetsovun, Türkiyə Baş nazirinin müşaviri Sadettin Kılıcın, Gürcüstanın Kvemo-KArtli bölgəsinin qubernatoru David Kirkitadzenin, Türkiyə Kocaeli Böyük şəhər Bələdiyyəsinin sədri İbrahim Karaosmanoğlunun, Dağıstanın ədliyyə naziri Azadi Rəhimovun və başqalarının iştirakı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə