“Dünyaya baxış – Yaponiya” humanitar təşkilatının nümayəndələri “İRƏLİ” Gənclik Mərkəzinin qonağı olublar

“Dünyaya baxış – Yaponiya” humanitar təşkilatının nümayəndələri “İRƏLİ” Gənclik Mərkəzinin qonağı olublar

23 iyun 2011-ci il tarixində "Dünyaya baxış – Yaponiya" humanitar təşkilatının layihə rəhbəri Hiroko Yabusaki, həmin təşkilatın Azərbaycan üzrə nümayəndələri Fəridə Əmirova, Barat Əzizov və hüquqşünas ekspert Fərhad Mehdiyev "İRƏLİ" Gənclik Mərkəzinin qonağı olublar.

SİA-nın xəbərinə görə, ilk öncə "İRƏLİ" İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı qonaqları mərkəzlə tanış edib. Daha sonra dəyirmi masa ətrafında təşkilatların fəaliyyət istiqamətləri, ortaq layihələr və əməkdaşlıq yolları müzakirə olunub. Müzakirə zamanı xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inklüziv təhsil sahəsində yeni proqramların icrası məqsədəuyğun hesab olunub.

Qeyd edək ki, Dünyaya Baxış (World Vision) beynəlxalq humanitar təşkilatı 1994-cü ildən Azərbaycanda fəaliyyətdədir. İlk dövrlərdə onun fəaliyyəti "Ümumdünya Ərzaq Proqramı" çərçivəsində məcburi köçkünlərə ərzaq yardımı layihəsi ilə bağlı olub. 2004-2005-ci tədris ilindən başlayaraq təşkilat "Xüsusi qayğıya ehtiyacı olan uşaqlar: mövqelər, təcrübələr və siyasət" inklüziv təhsil layihəsini həyata keçirir. Layihənin məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların öz həmyaşıdları ilə eyni şəraitdə təhsil almaq hüququnu təmin etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə