YAP Gənclər Birliyi Avropa Xalq Partiyasının Avropa Demokrat Tələbələr qurumunun 50 illiyinə həsr olunan tədbirdə təmsil olunacaq

YAP Gənclər Birliyi Avropa Xalq Partiyasının Avropa Demokrat Tələbələr qurumunun 50 illiyinə həsr olunan tədbirdə təmsil olunacaq

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi 08-12 iyul tarixlərində Avropa Xalq Partiyasının (EPP) assosiativ təşkilatı olan Avropa Demokrat Tələbələr (EDS) qurumunun 50 illiyinə həsr olunmuş silsilə tədbirlərə dəvət alıb. SİA-nın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, Avstriyanın Vyana şəhərində keçiriləcək tədbirlərdə YAP Gənclər Birliyini birlik sədrinin beynəlxalq məsələlər üzrə müavini Ramin Məmmədov təmsil edəcək.

Qeyd edək ki, toplantının iştirakçıları arasında Avstriyanın xarici işlər naziri və Vitse-Kansleri Avstriya Xalq Partiyasının sədri Michael Spindelegger, Regional siyasət üzrə Avropa Komissarı Johannes Hahn, Macarıstan, Slovakiya,Polşa və Çexiyanın xarici işlər nazirləri və bir sıra yüksək rütbəli diplomatlar olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə