Aydın Mirzəzadə: “Nə qədər ki, xalq Heydər Əliyevin yolu ilə gedəcək, o qədər də qələbələr qazanacaq” - MÜSAHİBƏ (Səs TV)

Aydın Mirzəzadə: “Nə qədər ki, xalq Heydər Əliyevin yolu ilə gedəcək, o qədər də qələbələr qazanacaq” - MÜSAHİBƏ (Səs TV)

Yeni Azərbaycan Partiyası (YAP) Siyası Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə və filologiya elmlər foktoru, professor, YAP-ın yaradılmasında xidmətləri olan Vilayət Əliyevin Səs TV-yə müsahibəsi

- 15 iyun Milli Qurtuluş Gününün Azərbaycan xalqı və dövləti üçün anlamı nədir?

Vilayət Əliyev:

- Bu gün verdiyiniz sual hamını düşündürür. Bir neçə gün bundan qabaq ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünü böyük təntənə ilə qeyd etdik. Bu gün kifayət qədər bilgili olan hər kəs bu böyük şəxsiyyətin kim olduğunu dərk edir və onun Azərbaycan xalqı, dövlətçiliyi, milli-mənəvi dəyərləri üçün oynadığı rol haqqında yetərincə biliyə malikdir. Heydər Əliyev şəxsiyyətinin qurtuluş günündə hakimiyyətə gəlməsi və onun hakimiyyətə gəldikdən sonra etdiyi proseslərlə bağlı söhbət gedərkən təbii ki, bir suala mütləq cavab vermək lazımdır. Bu qurtuluş günü, belə bir siyasi termin bizim dilimizə necə daxil olub? Heydər Əliyev həmişə Azərbaycanı bəlalardan qurtaran və baş ucalığı gətirən tarixi, dünyada analoqu olmayan, heç kəslə müqayisə edilməyən bir şəxsiyyətdir. Onu yalnız M.K.Atatürk kimi tarixi, türk dünyasında mövqeyi olan bir şəxsiyyətlə müqayisə etsək, yenə də düzgün alınmaz. Çünki onlar iki ölkə tarixində elə fəal rol oynayıblar ki, tarixdə əbədi olaraq yaşayacaq, dünyada tayı-bərabəri olmayan dövlət xadimləri kimi yaddaşlarda qalacaqlar. Heydər Əliyevin həyat və fəaliyyətini mərhələlərə böləndə 1969-cu ilə qədərki və ondan sonrakı dövrləri diqqətlə araşdırmalıyıq. Ulu öndərimiz özünü reklam etmədən, xüsusi olaraq tanıtmadan etdiyi xidmətlərlə sonradan dövlət təhlükəsizliyimizi qorumaq üçün bütün həyatı boyu çalışdı. İkinci mərhələdə Azərbaycanda elə bir şərait yaranmışdı ki, artıq cəmiyyətdə çürümə gedirdi. Belə bir dövrdə mərkəz, o vaxt SSRİ adlandırdığımız dövlətin mərkəzi sayılan Moskva da tam əmin oldu ki, sistem dəyişməli və Azərbaycanda bir rəhbərlik yaranmalıdır. Bu dövrdə H.Əliyev arenaya çıxdı və hamı Heydər Əliyev adlı bir şəxsiyyəti tanıdı. O, qısa müddət ərzində Azərbaycanı bataqlıqdan xilas etdi, ona yeni bir nəfəs verdi. Həmin illərdə qazandıqlarımız 20 yaşını qeyd edəcəyimiz müstəqil Azərbaycanın gələcək uğurlarından xəbər verirdi. Bu Milli Qurtuluş günü Onun həyatının üçüncü mərhələsidir. Üçüncü mərhələdə Heydər Əliyev milləti bəlalardan qurtardı, xilas etdi. Kimdən qurtardı? Çox təəssüf ki, özümüzdən qurtardı, anlamayan, qanmayan insanlardan, yağılardan xilas etdi.


- 15 iyun Qurtuluş günü ilə bağlı söhbət düşəndə bir anlığa düşünürük ki, biz nədən qurtulduq, nələrə nail olduq, nələri əldə etdik?


Aydın Mirzəzadə:

- Azərbaycanın tarixi 1993-cü il 15 iyunadək və 15 iyundan sonrakı dövrə bölünür. Müasir tariximiz Heydər Əliyevin böyük siyasətə qayıdışı ilə fəlakətlərdən, vətəndaş müharibəsi təhlükəsindən qurtulduq. Dövlətçiliyimizi, müstəqilliyimizi itirmək təhlükəsindən qorudu. Eyni zamanda, böyük dövlətlərin əlində siyasi bir alətə çevrilməkdən, torpaqlarımızı itirmək qoruxusundan qorudu. Həmin dövrdə Azərbaycanda olan siyasi hakimiyyəti qüvvələrinin nə müstəqilik, nə dövlətçilik, nə də ki gələcək inkişafla bağlı hər hansı bir proqramı yox idi. Təcrübəsizlik və milli maraqlara zidd addımlar atmaq Azərbaycan üçün böyük bir fəlakətlər zolağı açmışdır. Heydər Əliyevin hakimiyyətə gəlişi bu fəlakətlərdən Azərbaycanı birmənalı şəkildə qurtardı. Qeyd edim ki, Azərbaycan bir iqtisadi-siyasi sistemdən digərinə keçdi. Sosialist iqtisadiyyatın dövlətin əlində olduğu, dünyadan təcrid olunduğu sistemdən azad demokratik bazar iqtisadiyyatı olan bir sistemə keçirdi.


- Heydər Əliyev fenomeni, irsi kifayət qədər tədqiq olunurmu?


Vilayət Əliyev:

- Bu gün Heydər Əliyev irsi daha dərindən öyrənilir. Nə qədər ki, Azərbaycan var, nə qədər ki, Azərbaycana yeni nəsli gəlir, onların hər biri bu böyük şəxsiyyətin irsinin öyrənməsinə xidmət edəcək. Heydər Əliyev Azərbaycanın daxili, xarici siyasətində, elmində, milli mənəvi dəyərlərində elə bir sahə yoxdur ki, ora istiqamət verməsin, yardımçı olmasın. Heydər Əliyevin bir diplomat kimi fəaliyyəti, iqtisadçı, jurnalist, müəllim kimi bütün sahələrdə fəaliyyəti öyrənilməlidir.


- Bugünki uğurlar, əldə olunan naliyyətlər, ulu öndərin əsasını qoyduğu siyasət inanırıq ki, bu gün olduğu kimi sabah da öz bəhrəsini verəcək.

Aydın Mirzəzadə:

- Heydər Əliyev öz dövründə 3 böyük məsələni həll edib. 1993-2003-cü ilə qədər Heydər Əliyevin gördüyü işlər hüquqi və demokratik dövlətin əsasını təşkil edib. 1995-ci ildə Azərbaycan Konstitusiyasına müəlliflik edib, 1996-cı ildə özəlləşməyə start verilib, 1997-ci ildə isə mətbuatdan senzura götürülüb, ölüm hökmü ləğv olunub, 1997-ci ildə Avropa Şurasına qəbul üçün müvafiq addımlar atılıb, Dağlıq Qarabağ probleminin iki dövlət arasındakı münasibətlərdə beynəlxalıq siyasətin gündəliyə salınması və keçirilməsinə səbəb olub. Heydr Əliyev həmin dövrün problemlərini həll edə bilib. Əgər 1993-cü ildə Azərbaycanın büdcəsi dağılmış vəziyyətdə idisə, 2003-cü ildə 1 milyard 200 milyon səviyyəsində büdcə ayrılıb. Heydər Əliyev dövrünün problemlərini həll edib.

Ikinci dövrdə gördüyü iş ondan ibarətdir ki, Heydər Əliyev gələcəyə aparan yolu müəyyənləşdirə bilib. Biz Heydər Əliyev yolu ilə gedirik. Nə qədər ki, xalq Heydər Əliyevin yolu ilə gedəcək, o qədər də qələbələr qazanacaq.

Üçüncü vacib məsələ isə Heydər Əliyevin Azərbaycan xalqı üçün gördüyü böyük işlərdir. Heydər Əliyev Azərbaycanın gedəcəyi yolla bizi aparan komandanı formalaşdırıb. Bu üç məsələ bir-biri ilə üzvü sürətdə bağlıdır. Bunlardan birinin həll edilməməsi bütövlükdə Azərbaycanın inkişafında bir boşluq, bir mərhələ ilə digər mərhələ arasında bir fasilə yaradır. Bu gün cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın problemlərini həll edən, ölkəyə şöhrət gətirən komanda Heydər Əliyev məktəbinin yetirmələridir. Heydər Əliyev məktəbi onun apardığı siyasətin reallığıdır. Bu gün müxalifət belə Heydər Əliyev məktəbinin yetirməsidir. Heydər Əliyev onlara siyasi mədəniyyət mübarizəsini öyrətdi. İndiki inkişaf, nəticələrimiz Heydər Əliyevin 1993-cü il 15 iyunda hakimiyyətə gəlişi ilə başladığı Azərbaycanın 100 illərlə inkişafını yolunun ilk günü idi. Bu gün Azərbaycan nə uğurlar əldə edib? Birincisi, bir millət kimi güclüyük, demokratiyamız, insan hüquqlarımız və azad mətbuatımız var. Həmin dövrdə Heydər Əliyev parlamentə rəhbər seçilərkən bu proqramı ortaya qoydu. Bu gün Azərbaycan iqtisadiyyatı inkişaf edir, ölkə manatı bu gün stabildir və vətəndaşlar ona etibar edirlər. Bu gün Azərbaycan manatı xaricdə də nüfuzu olan valyutalardan biridir. Beynəlxalq siyasətdə də Azərbaycan nüfuz qazanıb. Kiçik bir Azərbaycan dövlətinin bu gün 65 səfirliyi var. Baxmayaraq ki, Ermənistanın xaricdə güclü diasporu var, bir çox hallarda səfirliyin saxlanması diasporun hesabına baş verir. Azərbaycan diplomatik sahədə və mədiniyyətdə uğur qazanıb. Mədəniyyət özü də bir siyasətdir. YUNESCO-nun xoşməramlı səfiri, birinci xanım Mehriban Əliyevanın vaxtaşırı iştirakı ilə Azərbaycan mədəniyyət və incəsənət ustalarının verdiyi konsertlərlə də ölkə mədəniyyəti hər kəsə tanıdılır. \"Avroviziya\" mahnı müsabiqəsində Azərbaycanın birinci yerə çıxması bir məntiqi nəticə idi. Azərbaycanın muğamı, gözəl milli rəqsləri, təsviri incəsənəti, ədəbiyyatı, tarixi və mətbəxi olan bir xalq mütləq nüfuzlu yarışmada birinci yerə çıxmalıdır. Azərbaycanın bügunki inkişafı, addımları Heydər Əliyevin vaxtilə əsasını qoyduğu 1993-ci ilin 15 iyunundan sonra hər birimizin örnək olduğu bir dövrdən başlanan bir inkişafdır.


Minarə Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə