27 Sentyabr – Anım günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, nazirlikdən verilən xəbərə görə, abidənin önünə gül dəstələri düzülüb və qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.
Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 Sentyabr – Anım Günü kimi qeyd edilir. Bu gün xalqımız ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edir.
Şəhidlərimizə Allahdan rəhmət diləyirik!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB