"Tənha şəxslərlə iş” layihəsi üzrə təlimlər təşkil edilib

"Tənha şəxslərlə iş” layihəsi üzrə təlimlər təşkil edilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Gənclərin"Tənhalara dayaq" İctimai Birliyi “Tənha şəxslərlə iş” layihəsi üzrə 24-27 sentyabr 2025-ci ildə Masallı və Yardımlı rayonlarında təlimlər təşkil edib.

Layhənin məqsədi, gənclərin gələcək iş karyerası üçün, onların bilik, bacarıq və vərdişlərinin formalaşmasına dəstək olmaqdır. Eyni zamanda, onların sənətə yiyələnmələrinə və halal zəhmətlə davamlı pul qazanmaq imkanları əldə etmələrinə, yetişməkdə olan gənc nəslin yüksək keyfiyyətli peşə hazırlığını təmin etmək, müvafiq müəssisə və təşkilatların tələbatlarının ödənilməsi, kadrların hazırlanıb iş ilə təmin olunması məqsədini daşiyir.

Tədbir çərçivəsində layihənin rəhbəri Xoşbəxt Seyidova çıxış edərək layihənin məqsəd və vəzifələrini iştirakçılara təqdim etmişdir. O, layihənin gənclərin inkişafı üçün strateji əhəmiyyətini vurğulamış, xüsusilə gənc qızların cəmiyyətə inteqrasiyası və peşəkar bacarıqlarının formalaşdırılması baxımından önəmli rol oynadığını qeyd etmişdir.

Daha sonra digər qonaqlar – Lənkəran-Astara Regional Məşğulluq filialının nümayəndəsi Kərimov Abdulkərim, Masallı rayon Karyera Mərkəzinin mütəxəssisi Qasımov Nazim, Masallı Dövlət Regional Kollecin müəllim Həsən İsmaylov, Yardımlı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Kərimov Şakir söz alaraq layihənin gənclərin, xüsusilə də qızların sosial fəallığının və peşəkar inkişaf imkanlarının genişləndirilməsindəki üstünlüklərini yüksək qiymətləndirmişlər. Çıxışçılar vurğulamışlar ki, bu cür təşəbbüslər region gənclərinin əmək bazarına uğurlu inteqrasiyasını təmin edir və onların gələcək karyera perspektivlərini möhkəmləndirir.

Bütün xəbərlər Facebook səhifəmizdə