“Gələcəkdə də kitabxanalar mədəniyyət ocağı kimi öz funksiyalarını qoruyub saxlayacaq” -EKSPERT DANIŞDI
“Ənənəvi kitabxanalar rəqəmsal resurslarla tam rəqabət aparmaqdan daha çox, onlarla inteqrasiya olunaraq transformasiya mərhələsindən keçirlər. Burada söhbət ənənəvi kitabxanaların sıradan çıxmasından deyil, onların rəqəmsal resurslarla birlikdə yeni formada fəaliyyət göstərməsindən gedir”.
Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlar Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib.
Onun sözlərinə görə, elektron resurslar sürət və əlçatanlıq baxımından üstünlüklər təqdim etsə də, kitabxanalar sadəcə kitab saxlanılan məkan olmaqdan çıxaraq sosial və intellektual mərkəzlərə çevrilirlər:
“Ümumiyyətlə, ənənəvi kitabxanaların rəqəmsal informasiya mənbələri ilə münasibətlərini bir neçə aspektdən qiymətləndirmək olar.
İlk növbədə, kitabxanalar sosiallaşma məkanı kimi öz əhəmiyyətini qoruyub saxlayır. İnternet insanları müəyyən qədər təcrid edə bildiyi halda, kitabxanalar real ünsiyyət, müzakirə və birgə fəaliyyət mühiti yaradır. Burada müəlliflərlə görüşlər, seminarlar, mühazirələr və müxtəlif tədbirlər təşkil olunur ki, rəqəmsal platformalar bunu eyni effektivliklə əvəz edə bilmir. Bu baxımdan kitabxana həm sosiallaşma məkanı, həm də mədəniyyət ocağı kimi funksiyasını davam etdirir.
Digər mühüm məqam informasiyanın etibarlılığı və informasiya savadlığı ilə bağlıdır. İnternetdə saxta xəbərlər, qeyri-dəqiq və qərəzli məlumatlar kifayət qədər çoxdur. Kitabxanalarda isə yoxlanılmış, akademik və etibarlı mənbələr təqdim olunur. Eyni zamanda kitabxanaçılar rəqəmsal dövrdə informasiya bələdçisi rolunu oynayaraq oxuculara böyük məlumat bazalarında düzgün axtarış aparmağı öyrədirlər.
Hibrid modelə keçid də bu prosesin vacib istiqamətlərindən biridir. Burada söhbət rəqabətdən deyil, əməkdaşlıqdan gedir. Bir çox kitabxanalar böyük rəqəmsal elmi bazalara abunəlik təqdim edir və fərdlər üçün baha başa gələn resurslara kitabxana vasitəsilə pulsuz çıxış imkanı yaradır. Bundan əlavə, elektron bazalar vasitəsilə elmi və bədii ədəbiyyata daha rahat çıxış təmin olunur. Müasir kitabxanalar oxucularına məsafədən xidmətlər, elektron kitab sifarişi və müxtəlif rəqəmsal tədbirlər də təqdim edirlər.
Rəqəmsal bərabərsizliyin aradan qaldırılması da kitabxanaların mühüm funksiyalarından biridir. Yüksək sürətli internetə, kompüterlərə və digər rəqəmsal texnologiyalara çıxışı olmayan insanlar üçün kitabxanalar pulsuz və bərabər imkanlar yaradan məkan rolunu oynayır.
Psixoloji və estetik amillər də xüsusi əhəmiyyət daşıyır. Bir çox oxucu üçün fiziki kitabın qoxusu, səhifələrinin çevrilməsi hissi və kitabxana mühiti əvəzolunmazdır. Kitabxana kitabsevərlər üçün doğma bir məkan olaraq qalır. Burada insan gündəlik qayğılardan uzaqlaşaraq diqqətini tam şəkildə mütaliəyə yönəldə bilir ki, bu da mühüm psixoloji üstünlükdür.
Mən hesab edirəm ki, kitabxanalar rəqəmsal dünya ilə rəqabət aparmırlar. Əksinə, onlar öz fəaliyyət formalarını dəyişir, texnologiyanı fəaliyyətlərinə inteqrasiya edir və cəmiyyətin dəyişən tələblərinə uyğunlaşırlar. Gələcəkdə də kitabxanalar mədəniyyət ocağı kimi öz funksiyalarını qoruyub saxlayacaq, rəqəmsal resurslarla inteqrasiya daha da genişlənəcək. Lakin elektron kitabxanalar heç vaxt ənənəvi kitabxanaların yerini tam şəkildə tuta bilməyəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
“Krımda panika başlayıb...”
Dünya 18:49“Ay etibarsız”..?
Dünya 18:26“Xaricə səyahət edəndə özümü rahat hiss etmirəm”
Dünya 18:04AZAL 2025-ci il üzrə illik hesabatını təqdim edib
Sosial 17:49Məhkəmənin baxış iclası 10 dekabra təyin edilib
Sosial 17:36FHN Sumqayıtda ticarət mərkəzində təlim keçirib
Hadisə 16:38Xətaidə çoxmərtəbəli yaşayış binasında yanğın olub
Hadisə 16:35El qınağı bizi qoruyur, yoxsa azadlığımızı əlimizdən alır ? - KÖŞƏ
Köşə yazıları 16:05Azərbaycan Çinlə enerji tərəfdaşlığının inkişaf perspektivini müzakirə edib
İqtisadiyyat 15:2526 Noyabr – Azərbaycan Kəlağayısı Günüdür - ARAŞDIRMA
Mədəniyyət 13:54Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Sosial 12:17Elmira Şabanova kimdir? – Xalq artistinin həyat və yaradıcılıq yolu
Mədəniyyət 11:32Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu
İqtisadiyyat 11:00Dağlıq ərazilərə qar yağıb
Hadisə 10:55“Azərişıq” Salyanda fermer və sahibkarlarla görüş təşkil edib
İqtisadiyyat 10:53Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib
İqtisadiyyat 10:36Azərbaycan nefti 100 dollardan baha satılır
İqtisadiyyat 10:04Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:04Bu ölkə prezidenti gələn il Azərbaycana gəlir
Siyasət 02:02Yevlaxda dəhşətli YOL QƏZASI - ölü və yaralı var
Hadisə 01:03Qaradağda palçıq vulkanı püskürüb - MƏLUMAT
Sosial 00:03"Sabah" "Barselona"ya uduzdu - YENİLƏNİB
İdman 25 Noyabr 23:39"Zelenski ilə heç kim danışıqlar aparmır" - Moskvadan AÇIQLAMA
Dünya 25 Noyabr 23:22Azərbaycan və Özbəkistan parlamentləri arasında "Yol xəritəsi" imzalanıb
Siyasət 25 Noyabr 23:03Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 25 Noyabr 22:31Rusiya və Ukrayna arasında hərbi əsir mübadiləsi olacaq -AÇIQLAMA
Dünya 25 Noyabr 22:19Yevlaxda orta məktəbdə tüstülənmə olub
Hadisə 25 Noyabr 22:02Toyota idman avtomobillərinə yeni bir həyat verir…
Texnologiya 25 Noyabr 21:52GTA elm adamlarına Los-Ancelesin gələcəyini öyrənməyə kömək etdi
Texnologiya 25 Noyabr 21:26Filosof ölümsüzlük mifini dağıtdı...
Sosial 25 Noyabr 21:07"Sabah" - "Barselona": Heyətlər
İdman 25 Noyabr 21:00ABŞ ilk hipersəs raket batareyasını silahlanmaya qəbul edib
Dünya 25 Noyabr 20:53Rəqəmlər təsiredicidir...
Rəy 25 Noyabr 20:49Belarus BMT-nin borc siyahısına əlavə edilib...
Dünya 25 Noyabr 20:27FHN Sumqayıtda ticarət mərkəzində təlim keçirəcək
Sosial 25 Noyabr 20:18ABŞ Konqresmenləri Putinin Mayamiyə gəlməsini istəmirlər...
Dünya 25 Noyabr 20:05Ukraynaya qarşı müharibə artıq Rusiyaya 852 milyard dollara başa gəlib...
Dünya 25 Noyabr 19:48Kəlbəcər: Zəfərin təntənəsi, dirçəlişin və Böyük Qayıdışın ünvanı
Siyasət 25 Noyabr 19:4325 Noyabr – Kəlbəcər Şəhəri Günü: Tarixi Zəfərin və milli qürurun təcəssümü
Siyasət 25 Noyabr 19:36Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Sosial 25 Noyabr 19:3310 il əvvəl belə bir xəbəri təsəvvür edə bilərdinizmi?
Rəy 25 Noyabr 19:27Xalq artisti Elmira Şabanova vəfat edib
Mədəniyyət 25 Noyabr 19:14Kreml tələdə: Ukraynalılar Xarkov bölgəsində rusları necə məğlub etdi...
Rəy 25 Noyabr 19:04Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8631
+0,13%
-
GBP
2,2271
+0,09%
-
RUB
2,0562
-0,76%



