Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi mövzusunda tədbir keçirilir - YENİLƏNİR/FOTOLAR

Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi mövzusunda tədbir keçirilir - YENİLƏNİR/FOTOLAR

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) tərəfindən “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda tədbir keçirilir.

SİA xəbər verir ki, tədbir Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən Azərbaycanın tarixində mühüm mərhələ olan Qafqaz Albaniyasının irsi ilə bağlı səsləndirdiyi tezislər ətrafında təşkil olunub.

Tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, yerli beyin mərkəzlərinin nümayəndələri və tarixçilər iştirak edirlər.

Müzakirələrdə BMTMM-in İdarə Heyətinin sədri Dr. Fərid Şəfiyev, AMEA-nın Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Ramil Ağayev, tarixçi-alim Rizvan Hüseynov və BMTMM-in İdarə Heyətinin müavini Fərhad Məmmədov iştirak edirlər.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə