Göygölə dolu düşüb

Göygölə dolu düşüb

Sentyabrın 19-u saat 16:00-a olan faktiki hava açıqlanıb.

SİA xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur.

Naftalan, Tərtər, Oğuz, Mingəçevir, Şəki (Kişçay), Qax (Sarıbaş), Quba, Qusar, Ağdam, Goranboy, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Kəlbəcər, Gəncə, Göygöl, Daşkəsən, Şahdağ, Gədəbəydə arabir leysan xarakterli yağış yağır, şimşək çaxır.

Göygöl rayonuna saat 13:05-13:08 radələrində diametri 0.3 mm olan dolu düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə