Azərbaycanda tanınmış diktor vəfat edib

Azərbaycanda tanınmış diktor vəfat edib

Əməkdar artist, tanınmış diktor Sevda Saleh Məmmədzadə vəfat edib. SİA xəbər verir ki, bu barədə Report-a mərhumun ailəsindən məlumat verilib.

Qeyd edək ki, Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilmişdi. Ona baş-beyin qan dövranının hər iki beyin yarımkürəsində kəskin işemik tipli pozulması, ürəyin işemik xəstəliyi və səyirici aritmiya diaqnozları təyin olunmuşdu.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə