Bakıda Ziya Bünyadov prospektində avtobus zolağının müddəti 1 saat uzadılıb

Bakıda Ziya Bünyadov prospektində avtobus zolağının müddəti 1 saat uzadılıb

Avtobusların qrafikə uyğun gecikmədən hərəkət etməsi məqsədilə Bakının Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsində ("20 Yanvar" metrostansiyası istiqamətində) avtobus zolağının qüvvədəolma müddəti axşam saatlarında 1 saat artırılıb.

Bu barədə SİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, bununla bağlı həmin yol sahəsində avtobus zolağının qüvvədəolma vaxtını göstərən yol nişanında dəyişiklik edilib. Əvvəl xüsusi hərəkət zolağının qəvvədəolma müddəti axşam saatlarında 17:00–20:00 idisə, hazırda 17:00–21:00 aralığındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə