"Su ehtiyatlarının azalması kənd təsərrüfatına ciddi təsir göstərə bilər" - EKOLOQ
"Su ehtiyatlarının azalması birinci növbədə əsasən kənd təsərrüfatına təsir edəcək. Çünki iqlimdə baş verən dəyişikliklərin, temperatur artımının, quraqlığın davamlı olmasının, yağıntıların normadan artıq düşməsinin ən böyük zərəri kənd təsərrüfatına dəyir. Çünki bitki sistemi, əkin sahələri su ilə təmin oluna bilmir və onlar günəşin təsiri ilə sürətli qurumaya gedir. Nəticədə məhsuldarlıq tamamilə sıradan çıxır". Bu sözləri SİA-ya açıqlamasında ekoloq Sadiq Həsənov bildirib.

Onun sözlərinə görə, eyni zamanda, iqlimdə baş verən dəyişikliklərin su ehtiyatlarına ən böyük təsiri su ehtiyatlarının azalmasıdır: "Çünki buxarlanmanın həcmi artır, yağıntılar intensiv və çox olduğuna görə çox böyük zərərlə müşahidə olunur. Effektivlik alınmadığına görə bu cür əkin sahələri sıradan çıxır.
Bəs bu nəyə təsir edə bilər? İqlimdə baş verən dəyişikliklərin kəskinləşməsinin qarşısını almaq mümkün deyil. Lakin müəyyən adaptasiya tədbirləri olmalıdır. Azərbaycanda kifayət qədər su anbarları tikilibdir. Kür çayının üzərində və digər çaylarda tikilən su anbarları bu suyu saxlayır ki, həmin o kritik məqamda əkin sahələrini su ilə təmin etmək mümkün olsun.
Burada ədalətlilik prinsipinə riayət etmək lazımdır ki, bütün fermerlər, kənd təsərrüfatı ilə məşğul olan kəndlilər bundan faydalana bilsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB