ADY: Şəhərətrafı qatar reyslərinin sayı artırılır

ADY: Şəhərətrafı qatar reyslərinin sayı artırılır

Sərnişin tələbatının qarşılanması məqsədilə şəhərətrafı qatar reyslərinin sayı növbəti dəfə artırılır.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən bildirib

Yenilənmiş hərəkət cədvəlinə əsasən, 17 sentyabrdan həftəiçi gündəlik reyslərin sayı 96-dan 100-ə çatdırılacaq:

Sumqayıt–Pirşağı–Bakı xətti üzrə qrafikə saat 05:55 və 11:50-də yeni reyslər əlavə ediləcək;

Bakı–Pirşağı–Sumqayıt istiqamətində isə saat 06:46 və 10:45-də əlavə reyslər təşkil olunacaq.

Yenilənmiş hərəkət cədvəli ilə buradan tanış ola bilərsiniz: https://ticket.ady.az/az/yeni-hereket-cedveli

Bütün xəbərlər Facebook səhifəmizdə