Gələn il Kəlbəcərdə 3 yeni yaşayış məhəlləsinin tikintisinə başlanılacaq

Gələn il Kəlbəcərdə 3 yeni yaşayış məhəlləsinin tikintisinə başlanılacaq

Kəlbəcər rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev ikinci Bal Festivalı çərçivəsində jurnalistlərə açıqlamasında.mühüm fikirlər səsləndirib. O bildirib ki, Kəlbəcərdə gələn il 3 yeni yaşayış məhəlləsinin tikintisinə başlanılacaq

Onun sözlərinə görə, Kəlbəcər şəhərində bərpa-quruculuq işləri davam etdirilir və artıq şəhərin birinci yaşayış məhəlləsinə köç həyata keçirilib.

SİTAT: "Hazırda burada 162 ailə yaşayır. Sakinlər işlə təmin olunublar. İlkin zəruri ehtiyacların ödənilməsi məqsədilə modul tipli obyektlərin yaradılması üçün imkanlar yaradılıb. Fərdi sahibkarlar öz bizneslərini qurub, müxtəlif obyektlər yaradılıb", - B.Hacıyev bildirib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə