"Dondurulmuş qida məhsullarından istifadə zamanı diqqətli olmalıyıq" - MÜTƏXƏSSİS

"Dondurulmuş qida məhsullarından istifadə zamanı diqqətli olmalıyıq" - MÜTƏXƏSSİS

"Gündəlik olaraq istifadə olunan ərzaq məhsullarının içərisində riskli qida məhsulları daha çox qida təhlükəsizliyi nöqteyi-nəzərdən həssas yanaşmaya məruz qalmalıdır. Yəni, bu məhsulların alışı, satışı, realizasiyası, istehlakı, emalı zamanı daha diqqətli olmalıyıq". Bu sözləri SİA-ya açıqlaması zamanı "Refresh Group" MMC adlı Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin Baş İcraçı Direktoru Seymur Qafarov deyib.

Onun sözlərinə görə, dondurulmuş qida məhsullarından dondurulmuş meyvə-tərəvəzi, bəzən dondurulmuş şorbaları, dondurulmuş ət məhsullarını, dondurulmuş toyuqları, balıqları, meyvə şirələri və kriogen üsulu ilə dondurulmuş digər ərzaq məhsullarını göstərmək olar: "Bu zaman məhsulun düzgün defrostasiyasına riayət olunmalıdır.

Mənfi 18 dərəcə Selsidə market şəbəkəsindən və ya bazardan alınmış ət məhsulu maksimum yaxın yerlərdən alınmalıdır. Çünki daşınma zamanı buzu açıla bilər və bu, mənfi 18 dərəcədə alınmış məhsuldur.

Həmin gün bişiriləcəksə, soyuducunun hissəsinə, soyuducunun 0 və müsbət 4 dərəcə Selsi temperatur olan hissəsinə yerləşdirilməlidir. Burada təbii olaraq buzdan çözülməli və ondan sonra artıq götürülüb istifadə oluna bilər. Yəni, mənfi 18 dərəcə Selsidən müsbət 4-ə, 0-dan 4-ə qədər olan temperaturda əgər bir müddət sonra istifadə olunacaqsa, bu zaman həmin məhsul 0, mənfi 18 dərəcə Selsiyə gətirilib soyuducunun dondurucu gözünə, mənfi 18 dərəcə olan gözünə yerləşdirilməli və nə zaman istifadə olunacaqsa, əvvəlcədən yenə 0 və müsbət 4 dərəcə Selsi temperatur aralığındakı, dondurucu deyil, soyuducu hissəsinə yerləşdirilməlidir.

Təbii şəkildə buzdan çözülmə prosesi getdikdən sonra çıxardıb doğranılıb, yuyulmadan istifadə oluna bilər. Daha çox dondurulmuş olan məhsullarda, əvvəldə adlarını çəkdim, düzgün defrost prosesinə riayət olunmalıdır. Müşayiətedici sənədləri tələb olunmalıdır. Ət məhsullarında ölkə xaricindən gələn məhsuldursa, idxal sağlamlıq aktı mütləq tələb olunmalı və onun əsasında məhsul qəbul olunmalıdır".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə