Uzun illər Azərbaycanın məhkəmə sistemində çalışmış Həmid Əzizovun 70 yaşı tamam olur
Azərbaycan məhkəmə sistemində uzun illər səmərəli fəaliyyət göstərmiş Həmid Əzizovun 70 yaşı tamam olur.
11 sentyabr 1956-cı il tarixdə Bakı şəhərində anadan olmuş Həmid Əzizov 1978-ci ildən etibarən həyatını ədalət mühakiməsinə həsr edərək zəngin peşə yolu keçmişdir. Hakimlik fəaliyyətinin 34 ildən artıq müddətində o, peşəkarlığı, prinsipiallığı və dövlətçilik prinsiplərinə sadiq mövqeyi ilə seçilmişdir.
H.Əzizov Azərbaycan məhkəmə sistemində sovet dövründən müstəqillik illərinə qədər keçən mühüm mərhələlərin canlı şahidi və fəal iştirakçısı olmuş, bu illər ərzində ədalət mühakiməsinin inkişafına, hüquq mədəniyyətinin formalaşmasına və hakim və məhkəmə nüfuzunun qorunmasına böyük töhfələr vermişdir.
1987–2021-ci illər ərzində Lerik, Sabirabad, Şirvan, Salyan və Hacıqabul məhkəmələrinin sədri vəzifələrində çalışmış Həmid Əzizov həm hüquq ictimaiyyətində, həm də cəmiyyət arasında nümunəvi hüquqşünas, səmimi və dürüst şəxsiyyət kimi tanınır. Onun rəhbərliyi altında formalaşan bir çox kadrlar bu gün də hüquq sahəsində məsuliyyətlə fəaliyyət göstərir, dövlətçilik dəyərlərinə və ədalət prinsiplərinə sadiqlik nümayiş etdirirlər.
Peşəkar bacarığı, idarəçilikdə sabitliyi və işgüzarlığı, ədalətə və dövlətə sədaqətliliyi ilə fərqlənən Həmid Əzizovu yubileyi münasibəti ilə təbrik edirik, ona möhkəm can sağlığı və uzun ömür arzu edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB