“Hamı məndən irəlidədir” düşüncəsi psixologiyaya necə təsir edir? - PSİXOLOQ AÇIQLADI
"Psixologiyada hər kəsdən üstün olmaq, hər kəsdən birinci olmaq istəyi müəyyən hallarda ciddi psixoloji problemlərə yol aça bilər. Təəssüf ki, bu, sadəcə xarakter məsələsi deyil. Burada genetika faktorunun da mühüm rolu var".
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
_(1).jpg)
Onun sözlərinə görə, bəzən isə tərbiyə və formalaşdığı mühit insanın bu düşüncə tərzinə sahib olmasına ciddi təsir göstərir:
"Ümumiyyətlə, şəxsiyyətin formalaşması üç əsas amildən keçir: irsiyyət, mühit və tərbiyə. Əgər valideynlərdən birində həddindən artıq üstünlük kompleksi, daim hamıdan öndə olmaq ehtiyacı varsa, bu xüsusiyyət müəyyən mənada övladlara da keçə bilər. Bu isə zamanla insanın düşüncə tərzində mənfi nəticələr yarada bilir.
Digər tərəfdən, “hamı məndən irəlidədir” düşüncəsi də tam əks istiqamətdə təhlükəli psixoloji vəziyyət yaradır. Bu, özgüvənsizlik, özünə dəyərin aşağı olması və davamlı müqayisə hissi ilə nəticələnir. Burada da genetikanın, tərbiyənin və ətraf mühitin böyük təsiri var.
Əslində, hər iki düşüncə forması — həm “hamıdan üstün olmalıyam”, həm də “hamı məndən yaxşıdır” düşüncəsi — sağlam psixoloji yanaşma deyil. Bu, “ya hamısı, ya heç nə” tipli düşüncə modelidir və insanın daxili balansını poza bilir.
Xüsusilə, “hamı məndən irəlidədir” düşüncəsi insanı demotivasiya edir, həyat enerjisini azaldır və zamanla psixoloji travmalara, hətta bəzi ciddi psixi pozuntulara qədər gətirib çıxara bilər. Bu baxımdan, insanın özünü başqaları ilə davamlı müqayisə etməsi əvəzinə, öz inkişafına fokuslanması daha sağlam yanaşma hesab olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB