Rusiyanın İrana göndərdiyi humanitar yardım "Qaradağ" stansiyasına çatıb

İrana humanitar yardım aparan Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin "Qaradağ" stansiyasına çatıb. SİA-nın məlumatına görə, dərman vasitələrindən ibarət humanitar yardımın ümumi çəkisi 300 tondan çoxdur. Daha sonra yük İranın yük avtomobilləri vasitəsilə bu ölkənin ərazisindəki təyinat nöqtəsinə daşınacaq.

Xatırladaq ki, martın 12-də Rusiya FHN-nin 13 tondan çox humanitar yükü - dərman və tibbi ləvazimatları Azərbaycan ərazisindən keçməklə İrana göndərilmişdi.

Qeyd edək ki, martın 11-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. V.Putin Rusiya vətəndaşlarının İrandan təxliyəsində göstərilən operativ köməyə, həmçinin ölkəsinin İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılmış şəraitə görə dövlət başçısına minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə