Məcnun Məmmədov Ağdamda vətəndaşları qəbul edib

Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ağdam şəhərində Ağdam, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib.

SİA bu barədə nazirliyə istinadən xəbər verir.

Qurumun idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən işğaldan azad edilmiş ərazilərdə torpaq sahəsi ilə təmin olunma, həmin ərazilərə heyvandarlıq təsərrüfatlarının köçürülməsi, subsidiyaların verilməsi, aqrar sığorta, güzəştli şərtlərlə kredit verilməsi, damazlıq heyvanların lizinqi, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi və digər məsələlərlə bağlı olub.

Nazir qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə