“Son dövrlər cəmiyyətin strukturunun psixoloji dəyişikliklərini nəzərə alaraq, psixoloji xidmətə marağın artığını görürük. Son dövrlər iş yerlərində, məktəbəqədər müəssisəələrdə, kurslarda, klinikalarda təkcə insanlar üçün deyil, həm də orada işləyən şəxslər üçün də psixoloji xidmət fəaliyyət göstərir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
Onun sözlərinə görə, psixoloji xidmət bütün iş sahələrində həmçinin də insan faktoru olan, insanla işləyən bütün yerlərdə, yəni bura kurslar, klinikalar, məktəbəqədər müəssisələr və s. daxildir ki, burada işləyən insanların həm psixoloji olaraq sağlam olmaları üçün və yaxud da işə tam olaraq hazırlıqlı olmaları üçün və yaxud da ki, ümumiyyətlə, o işi layiqincə yerinə yetirib-yetirə bilməməsini yoxlamaq üçün psixoloji testlərdən keçirilməlidir:
”Son vaxtlar biz şirkətlərdən də çalışarken görürük ki, hər şirkətin daxilində belə psixoloqun olması vacibdir. Çünki biznes psixologiyası var, yeri gələndə tibbi psixologiya var, hərbi psixologiya var, yəni hər sahədə psixoloji faktor əsasdır. Amma son vaxtlar işə götürənlər HR-lardır. Yəni onlar demək olar ki, psixoloqun işini öz üzərilərinə götürürlər, amma bu iş sahəsinə aiddir. Sadəcə onun psixoloji faktorunu araşdırmaq, psixoloji fəaliyyətini araşdırmaq kimi bir ixtiyarları yoxdur. Onların sadəcə işə götürdükdə o insanın həmin işə uyğun olub-olmadığını yoxlamaq üçün lazım olur. Amma hər müəssisənin əgər psixoloqu olarsa, orada olan konfliktləri aradan, işçilər arasındakı psixoloji gərginliyi aradan qaldırar. Ümumiyyətlə, münasibətlərdə, yəni müsbət tərəfləri aşkarlamaq, araşdırmaq və yaratmaq üçün psixoloqun müəssisədə olması vacibdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB