“Gələcəyə nəfəs!” aksiyası çərçivəsində bir gündə 111 min 111 ağac əkilib - FOTOLAR
Qardaş Türkiyənin “Gələcəyə nəfəs!” çağırışı ilə hər il təşkil edilən ağacəkmə aksiyasına dəstək olaraq bu il də ölkə ərazisində genişmiqyaslı ağacəkmə tədbirləri təşkil edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazirliyin təşkilatçılığı ilə Abşeron yarımadasında və ölkənin meşə fondu torpaqlarında keçirilən aksiyalar zamanı bir gündə ümumilikdə 111 min 111 ədəd ağac əkilib.
Həmin aksiyalar 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü və Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində ölkəmizin qlobal ekoloji təşəbbüslərə dəstəyini, ekoloji məsuliyyətini, eləcə də yaşıl inkişaf və davamlı gələcək naminə atdığı ardıcıl addımları bir daha nümayiş etdirir.
Qeyd edək ki, Azərbaycan 2020-ci ildən başlayaraq Türkiyənin “Gələcəyə nəfəs!” ağacəkmə təşəbbüsünə qoşulub və hər il ölkənin bütün bölgələrində kütləvi ağacəkmə aksiyaları keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB