Səhiyyə Nazirliyi Cəbrayıl rayonunda əhali üçün səyyar müayinələr keçirilib. Bu barədə SİA-ya Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, aksiya çərçivəsində sakinlər arasında nevroloji, artroloji, dermatoloji, ginekoloji, fizioterapevtik, pediatrik reabilitasiya istiqamətlərində müayinələr aparılıb.
Eyni zamanda, nevroloqlar tərəfindən EMQ (Elektromioqrafiya) və müayinələri aparılıb. Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.
Aksiya zamanı 220-ə yaxın vətəndaş müayinələrdən keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB