DMX-nin Çağrı Mərkəzinə edilən zənglərin əksəriyyəti müvəqqəti yaşama icazəsi ilə bağlı olub
Dövlət Miqrasiya Xidmətinin (DMX) 919 Çağrı Mərkəzi tərəfindən 2025-ci ilin oktyabr ayı ərzində 6 min 208 zəng cavablandırılıb. Bu barədə SİA-ya DMX-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, zənglərin 1903-ü müvəqqəti yaşama icazəsi, 124-ü müvəqqəti olma müddətinin uzadılması, 413-ü vətəndaşlıq məsələləri, 621-i olduğu yer üzrə qeydiyyat, 413-ü daimi yaşama icazəsi, 762-si iş icazəsi, 252-si inzibati xəta, 1720-si isə digər məsələlərlə bağlı olub.
Qeyd edək ki, 919 Çağrı Mərkəzi 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) fasiləsiz fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB