Azərbaycan dövləti öz tarixi ənənələrinə sadiq qalaraq multikultural dəyərləri qoruyub inkişaf etdirir
Bu gün inzibati bina, Normand kilsəsinin ofisinin açılışı keçirilmişdir. Əhali arasında “Normand kilsəsi” kimi tanınan bu icma, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş sonuncu qeyri-müsəlman təmayüllü dini icmadır. İcma ötən il 2024-cü ilin iyul ayında rəsmi şəkildə qeydiyyatdan keçərək fəaliyyətə başlamışdır. SİA xəbər verir ki, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
Bugünkü açılış mərasimi Azərbaycanda vicdan azadlığının təmin olunmasının bariz göstəricisidir. Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, onun müavinləri, Katolik kilsəsinin və digər dini icmaların nümayəndələri iştirak etmişlər. Bu fakt bir daha sübut edir ki, tarixən formalaşmış tolerantlıq mühiti bu gün də mövcuddur və inkişaf etməkdədir.
Azərbaycan dövləti öz tarixi ənənələrinə sadiq qalaraq, tolerantlıq və multikultural dəyərləri qoruyub inkişaf etdirir. Dini icmaların qeydiyyata alınması və onların fəaliyyəti üçün yaradılan şərait, ölkəmizin din siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Normand kilsəsinin ofisinin açılması da bu siyasətin real təzahürüdür və Azərbaycanın dini müxtəlifliyə, qarşılıqlı hörmətə əsaslanan yanaşmasının növbəti sübutudur.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB