Azərbaycan xalqı Zəfər Günündə şəhidlərin xatirəsini yad edir

Noyabrın 8-də Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini dərin ehtiramla anır. SİA xəbər verir ki, Zəfər Günündə, bu şanlı bayram günündə ən çox ziyarət olunan məkanlardan biri qəhrəman övladların dəfn olunduğu Şəhidlər xiyabanlarıdır. Səhər saatlarından başlayaraq Vətən müharibəsinin iştirakçıları, qazilər, hərbçilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri və başqaları Birinci və İkinci Qarabağ müharibələrində şəhid olmuş döyüşçülərin xatirəsinə sonsuz ehtiramın ifadəsi olaraq Şəhidlər xiyabanlarını ziyarət edirlər. Qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzülür, şəhidlərimizin ruhlarına dualar oxunur. Uşaqdan böyüyə hər kəs suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa edən qəhrəmanların xatirəsinə ehtiramını bildirir, onlara bir daha minnətdarlığını ifadə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə