Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində Zəfər Günü qeyd edilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində və regional idarələrində 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş təntənəli tədbirlər təşkil edilib.

SİA-nın məlumatına görə, agentlikdən bildiriblər ki, tədbirlərin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib, respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vətən müharibəsində qazanılan tarixi Qələbənin xalqımızın birliyi və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində əldə edildiyi vurğulanıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri — dövlətimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, eləcə də qazilərə göstərilən böyük diqqət və qayğının davamı kimi şəhid ailələri ziyarət edilib, onlara diqqət və qayğı göstərilib.

Tədbirin sonunda “Şuşa, sən azadsan!” sənədli filmi nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə