Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Zəfər əldə etdiyi Vətən müharibəsindən sonrakı dövrdə dövlətimizin başçısının göstərişi əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi icra olunur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin sosial dəstək paketi üzrə postmüharibə dövründə:
• şəhid ailələri üzvləri və müharibə veteranları olan 106 min şəxsə 120 min aylıq sosial ödəniş, 25,3 min şəxsə birdəfəlik ödəmə təyin olunub və onlara yönələn aylıq sosial ödənişlər orta hesabla 2 dəfədən çox artırılıb;
• şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6,9 min mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 567 avtomobil təqdim edilib;
• şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 91 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib;
• müharibə ilə əlaqədar əlilliyi olan 2 min 389 şəxs 84 min reabilitasiya vasitəsi, o cümlədən 496 şəxs 618 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub;
• şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 28,1 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 13,4 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.
Həmin sosial dəstək paketi ümumilikdə 132 min şəxsi əhatə edib və onlara dəstəkyönümlü 403 min xidmət göstərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB